Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Akif Çovdarov özüne qesd etmesin deye nezaretde saxlanılır

13 Ekim 2016

4:56 pm


13/10/2016 [20:55]: xeber –
“Akif Çovdarovun səhhəti ağırlaşıb. Onu müayinə edən həkimlər özünə deyiblər ki, növbəti məhkəmə prosesində iştirak etməsi sual altındadır. Sonuncu dəfə görüşdə Akif Çovdarov bizə dedi ki, səhhətinin ağırlaşması bu şəkildə davam edərsə, onun məhkəməyə getməsi mümkün olmayacaq”.Bunu hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, ləğv edilmiş MTN-nin həbsdə olan generalı Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyib.Müvəkkilinin səhhətinin günü-gündən ağırlaşdığını bildirən K.Nəsibov söyləyib ki, bu vəziyyəti təcridxananın həkimləri də təsdiq edir: “Akif Çovdarovu sonuncu dəfə 29 sentyabr 2016-cı il tarixdə müayinə edən Ədliyyə Nazirliyinin Tibb Baş idarəsinin hospitalının həkim-kordioloqu da bildirib ki, müvəkkilimin vəziyyəti çox ağırdır və onun ürəyi edilən müalicələrə artıq heç bir reaksiya vermir. Dərmanların heç bir təsiri yoxdur. Həkim-kordioloq da bildirdi ki, bu vəziyyəti Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə İşinin Təşkili İdarəsinin rəhbərliyinə çatdıracaq. Akif Çovdarov  ixtisaslaşmış müasir tibb müəssisəsində normal şəraitdə müalicə olunmalıdır. Təəssüf ki, buna icazə vermirlər”.K.Nəsibov onu da əlavə edib ki, artıq A.Çovdarovun qaraciyərində də ciddi problemlər yaranıb. Vəkilin sözlərinə görə, Akif Çovdarov hər gün 25-dən çox müxtəlif dərman qəbul edir: “Bunun nəticəsində qaraciyəri tamamilə məhv olma dərəcəsinə gəlib çatıb. Bu dərmanların bir hissəsi ürəyi ilə bağlı həkim tərəfindən yazılmış dərmanlardır. Qalanı isə ağrıkəsici dərmanlardır. Həkim-kordioloq tərəfindən yazılmış dərmanlar heç bir köməklik göstərmədiyindən ürəyinin ağrısı həddən artıq əziyyət verir. Bu səbəbdən də gün ərzində məcburən hər saat ağrıkəsici dərmanlar atmalı olur. Müvəkkilim məlum olduğu kimi, həmçinin xərçəng xəstəliyindən də əziyyət çəkir. Ancaq bununla bağlı ümumiyyətlə, heç bir tədbir görülmür. Nə Akif Çovdarovu həkim-ankoloqla təmin edirlər, nə də imkan verirlər ki, öz vəsaiti hesabına həkim-kardioloq tərəfindən müayinə olsun”.Akif Çovdarovun özünə qəsd etməməsi üçün o, ciddi nəzarətdə saxlanılır K.Nəsibov sözlərinə görə, Akif Çovdarov ona deyib ki, həm Penitensiar Xidmət, həm də Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin rəhbərliyi onun səhhətinin kəskin dərəcədə ağır olduğunu və hər an ölə biləcəyini çox gözəl bilir.“Gün ərzində vəziyyətimlə maraqlanırlar, lakin səhhətimin yaxşılaşması ilə bağlı isə heç bir tədbir görmürlər. Faktiki olaraq hər gün öləcəyimi gözləyirlər. Mənim əziyyət çəkdiyim xəstəliklərdən ölməyim heç kimi maraqlandırmır, əksinə sanki qəsdən buna şərait yaradılır. Yeganə nəzarətdə saxlanılan məsələ mənim özümə qəsd etməyim və ya xəsarət yetirməyimlə bağlıdır. Nəzarət edirlər ki, buna imkan verməsinlər. Bu səbəbdən də daim təcridxananın əməkdaşları tərəfindən nəzarətdə saxlanılıram” – deyə Akif Çovdarov vəklinə bildirib. Xatırladaq ki, növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin olunub.Qeyd edək ki, A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler