Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Akif Çovdarov mene dedi ki, ya klinika rehberinin üzüne dur, ya da…”

07 Kasım 2016

5:44 am


07/11/2016 [09:43]: xeber –
Ləğv ediən MTN-nin həbsdə
olan generalı Akif Çovdarovla bağlı sayt-a olduqca ilginc informasiya
daxil olub. Abşeron rayon sakini Sərvər Hümbətovun saytımıza verdiyi məlumata görə,
o, Sumqayıtdakı klinikalardan birində anasını əməliyyat etdirib və əməliyyat nəticəsində
anasının ödü çıxarılıb. Və nə qədər inanılmaz olsa da, bu əməliyyat onun
Çovdarovun qurbanına çevrilmsi üçün əsas olub:

“2011-ci ildə anamın səhhətində
yaranan problemə əlaqədar olaraq onu Sumqayıtdakı özəl klinikalardan birində əməliyyat
etdirməli olduq. Əməliyyat nəticəsində anamın ödü çıxarıldı. Anam bir müddət
klinikada müalicə aldıqdan sonra evə buraxıldı. Lakin o zaman nə mən, nə də digər
ailə üzvlərimizin ağlına belə gəlməzdi ki, bir müddətdən sonra  bu əməliyyat mənim MTN tərəfindən həbs
olunmağım üçün əsas olacaq”.

 

Çovdarov qondarma şikayətçi tələb edir: “Elə adam
tapın ki, klinika rəhbərinin üzünə dursun!”

 

S.Hümbətovun sözlərinə
görə, onun həbs olunmağına səbəb Çovdarovun Sumqayıtdakı sözügedən klinikaya əl
qoymaq istəyi olub:

“MTN-də şahidi olduğum
söhbətlər və hadislər zamanı mənə bəlli oldu ki, Çovdarovun əsas məqsədi
Sumqayıtdakı özəl klinikanı ələ keçirməkdir. Bunun üçün ona həmin klinikada əməliyyat
elətdirən şəxslərdən biri lazım olub ki, həmin şəxs MTN generalının sifarişi əsasında
klinika rəhbərinin üzünə durmalı, bu klinikada guya qanunsuz orqan alverinin
getdiyini iddia etməli idi. Çovdarov hesab edirdi ki, həmin klinikaya yolu düşən
istənilən şəxsi şantaj və təzyiq yolu ilə qondarma şikayətçi kimi klinika rəhbərinin
üzünə durquza bilər. Odur ki, həmin klinikada ən son əməliyyat etdirən şəxslərdən
biri kimi məni seçmişdilər”.

 

Sıradan bir şəxs üçün məxsusi əməliyyat planı: 3
avtomobil, 5 əməliyyatçı…

 

Tikinti sektorunda adi
işçi kimi çalışdığını bildirən şikayətçinin sözlərinə görə, Çovdarov onun həbsi
üçün təkil edilmiş əməliyyata 3 avtomobil, 5 əməliyyatçı cəlb edib:

“Həmin gün mənim üçün adi
günlərdən biri idi. Həmişə olduğu kimi gündəlik qayğılarımla məşğul olur, xəstə
anamın müalicəsi üçün zəruri olan dava-dərmanı almaq üçün səy göstərirdim. Birdən
çalışdığım yerin qarşısında 3 avtomobilin dayandığını gördüm. Bu avtomobillərdən
düşən 5 əməliyyatçı mənə yaxınlaşaraq MTN-dən gəldiklərini və onlarla getməli
olduğumu dedilər. Mən çaşqın halda onlarla birlikdə avtomobilə əyləşdim.
Avtomobilə əyləşən kimi əməliyyatçılardan biri üstümdəki mobil telefonların
içisini də əlimdən aldı. Niyə saxlanıldığı soruşanda isə bildirdilər ki, bunu
idarədə biləcəm. Beləliklə də, məni 3 avtomobilin müşayiəti ilə MTN-ə gətirdilər”.

 

MTN generalı: “Ya üzə durasan, ya da üzünə
duracaqlar…”

 

S.Hümbətovun sözlərinə
görə, onu birbaşa A.Çovdarovun yanına qaldırdılar və MTN generalı nə etməli
olduğu ilə bağlı ona konkret göstəriş verdi:

“A.Çovdarovla MTN
binasının 4-cü mərtəbəsində görüşdük. Uzun koridorun sonunda sağa dönən kimi
birinci kabinetdə A.Çovdarov əyləşmişdi. Müstəntiq məni Çovdarova təqdim etdi.
A.Çovdarov mənə dedi ki, sən ananın əməliyyat olunduğu klinikanın rəhbərinin
üzünə durmalısan. Deməlisən ki, sənin ananı əməliyyat etdirib böyrəyini
çıxardıblar və onu başqasına satıblar.

Mən eşitdiklərimdən şoka
düşdüm. A.Çovdarova bildirdim ki, mən bunu edə bilmərəm. Çünki mənim həmin
klinika və onun rəhbərliyi ilə heç bir problemim yoxdur. Yalandan kiminsə üzünə
durub günaha bata bilmərəm.

Mənim bu sözüm Çovdarovu
özündən çıxartdı. O, ayağa qalxaraq mənim üstümə qışqırdı və bildirdi ki, ya
üzünə durasan, ya da sənin üzünə duracaqlar. Sənin ya silah, ya da narkotiklə
ömürlük içəri atdıracaq. Heç vaxt gün üzü görməyəsən. Və səndən sonra bütün
yaxınlarını həbs etdirəcəm.

Şübhəsiz, mənim kimi adi
bir vətəndaş üçün MTN generalından bu sözləri eşitmək dəhşətli idi. Lakin mən
yalandan kiminsə üzünə dura, kimisə olmayan bir şeyə görə təqsirləndirə bilməzdim
və buna görə də A.Çovdarova bunu edə bilməyəcəyimi söylədim”.

 

Ardı var

 

ANONSLAR:

 

Akif Çovdarov onun tələbini icra etməkdən imtina edən
şəxslə bağlı müstəntiqə hansı göstəriş verdi?

 

Sərvər Hümbətovun xəstə anasını MTN binası önünə gətirən
nə oldu?

 

Ona Çovdarovun qəzəbindən xilas olmaq üçün nə təklif
edildi?

 

İki evə, bir neçə sot torpağı əlindən çıxan S.Hümbətova
kim nə üçün Bibiheybətə getməyi məsləhət gördü?

 

Çovdarovun əl qoymaq istədiyi klinika hansı idi?

 

Klinika rəhbərliyi gözləmə otağında nədən şikayətlənib?

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler