Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Akif Çovdarov Masazır istixanasını kimin pulu ile tikdirib?

03 Kasım 2016

7:52 am


03/11/2016 [11:50]: xeber –
Hazırda həbsdə olan sabiq
MTN generalı Akif Çovdarovla bağlı sayt-a maraqlı informasiya daxil
olub. Özəl mənbədən daxil olan məlumata görə, A,Çovdarov dəyəri milyon
manatlarla hesablanan Masazır istixana kompleksinin inşasına bir qəpik də olsun
pul sərf etməyib. MTN generalı istixanaların inşası üçün gərəkli olan vəsaitin
böyük bir qismini əslən Şəmkirdən olan və Rusiyada böyük biznes şəbəkəsinə
malik olan bir iş adamından alıb. Generalla iş adamı arasındakı razılığa görə,
qarşı tərəf MTN generalına istixana kompleksinin inşası üçün gərəkli olan vəsaiti
verəcək, qarşılığında həmin kompleksdə yetişdirilən bütün məhsul iş adamının
böyük paya sahib olduğu Rusiya bazarlarında satılacaq.

Mənbənin məlumatına görə,
A.Çovdarova məxsus istixanada yetişdirilən bütün məhsul MTN generalı həbs
olunduğu günə qədər tərəflər arasındakı razılığa uyğun olaraq iş adamı tərəfindən
Rusiya bazarlarında satılıb. Məlum istixanada yetişdirilən məhsulun bu gün də məhz
Rusiya bazarlarında satıldığı iddia olunur.

Xatırladaq ki, Masazır
istixanasının ərazisi də A.Çovdarova məxsus olmayıb və fermerlərin birinin əlindən
zorla alınıb.

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler