Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Akademiya tarixinde bir ilke imza atılıb

24 Haziran 2016

7:56 pm


24/06/2016 [23:53]: xeber –
2016-cı il iyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və “Mexanika İnstitutunun əsərləri” jurnalı Tomson Reutersin bazasına daxil edilib. Bu AMEA-nın 70 illik tarixində həmin bazaya daxil edilən ilk jurnaldır. sayt xəbər verir ki, Reuters agentliyi dünyada çap olunan elmi jurnalları qiymətləndirən – indeksləşdirən ən nüfuzlu bazadır. Hazırda Thomson Reuters  agentliyinin bazasına bütövlükdə 12700 jurnal daxildir. Thomson Reuters agentliyi hər hansı jurnalı öz bazasına daxil edərkən aşağıdakı prinsipləri əsas götürür:Məqalələrinin ciddi rəydən keçməsi; jurnalın vaxtı-vaxtında çap olunması; məqalələrin müəyyən texniki tələblərə cavab verməsi (adlarının tam (aydın) olması, qısa xülasənin verilməsi, biblioqrafik məlumatların doğru olması, müəlliflərin iş yerlərinin göstərilməsi,  məqalələrin ingilis dilində yazılması; Məqalənin məzmununun həmin baza üçün maraqlı olması; Jurnalın redaksiya heyəti və çap olunan məqalələrin müəllifləri üçün ölkə və region baxımından müxtəlifliyin gözlənilməsi; Jurnalda çap olunan məqalələrə jurnalın əhatə etdiyi sahələrə həsr edilmiş digər ədəbiyyatda isnadların olması;Qeyd edək ki, adı çəkilən jurnal akademiya tarixinin bu standartala cavab verən ilk elmi vəsaitidir.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler