Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aileli genc aparıcı yaşlı xalq artistine ere gedir?

05 Eylül 2016

7:32 am


05/09/2016 [11:30]: xeber –
Hələ ki, boşanmamışam, həyat yoldaşımla bir yerdəyəm, amma bu anonslardan sonra az qala məni boşandıracaqdılar. Bu sözləri “Space” Televiziyasınının aparıcısı Şəbnəm Həsənova deyib. Yeni mövsümdə yeni verilişininin anonsları yayımlanan zaman aparıcı əməlli-başlı qalmaqalla üzləşib. Ona telefon açan izləyicilər, hətta qohum-əqrəbası aparıcını qınaq atəşinə tutublar: “Aparıcısı olacağım “Toy” adlı verilişin anonsları yayılar-yayılmaz hər yerdən zənglər oldu. Hətta qohum-əqrəbam mənə telefon açıb, əsəbiləşdilər. Hamı dedi ki, Şəbnəm eşitdik yaşlı kişiylə ailə qurursan, evliliyə razılıq vermisən, artıq toya hazırlaşırsan və s… Mən onlara and-aman etdim ki, yox, bu verilişdir, mən ailəliyəm, iki uşağım da var. O ağsaqqal – xalq artisti, aktyor Valeh Kərimovdur. Ola bilsin ki, proqramboyu o da mənimlə olsun. Milli adət-ənənələrə aid bir veriliş nəzərdə tutulub, görək necə olacaq”.( Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler