Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Aİ Böyük Britaniyasız Rusiya qarşısında zeif qalacaq”

23 Haziran 2016

8:08 am


23/06/2016 [12:04]: xeber –
Bu gün Böyük Britaniyada
keçirilən referendum bu dövlətin Avropa İttifaqında (Aİ) qalması və ya çıxması
məsələsinə aydınlıq gətirəcək. Hələlik referendumun nəticələri bəlli olmasa da,
bəzi siyasilər iddia edir ki, Böyük Britaniyanın bu qurumdan çıxması, Aİ-i
Rusiya qarşısında zəif salacaq və yeni parçalanmaların əsasını qoyacaq.

Məsələ ilə bağlı
sayt-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq
Sülhəddin Əkbər İngiltərəsiz Aİ-nin Rusiya qarşısında həqiqətən də zəif
qalacağını təsdiqlədi:

“İngiltərə hər şeydən öncə
iqtisadi baxımdan Avropa Birliyinin aparıcı dövlətlərindən biridir. AB əsasən
iqtisadi birlikdir. Ilk əvvəl ortaq bazar kimi yaranıb. Daha sonra siyasi
birliyə çevrilib. İngiltərənin AB-dən çıxmasının həm iqtisadi, həm siyasi, həm
də strateji ziyanı olacaq. AB həm də hərbi-strateji baxımdan zəifləyəcək.

Dünyada anqlo-sankson
birliyi var. İngiltərənin AB-dən çıxması həm bu ölkənin kontinental Avropaya
olan münasibətini, həm də ABŞ-ın münasibət və siyasətini dəyişəcək. Avropa
daxili və Avropa ətrafında regional münasibətlər sistemi yenidən qurulmalı
olacaq. Rusiya-Avropa, Rusiya-Böyük Britaniya, Rusiya-ABŞ, hətta Türkiyə-AB,
Türkiyə-Böyük Britaniya, Türkiyə-ABŞ münasibətləri yenidən baxılacaq. Çünki dəngələr
dəyişəcək. Bu günə qədər mövcud geopolitik, geostrateji, geoekonomik dəngələr dəyişmiş
olacaq. Böyük Britaniya doğrudan da ciddi bir faktordur və onun tarixi,
geopolitik gücü də nəzərə alınarsa, onun AB-dən çıxmasının nə demək olması daha
aydın anlaşılar”.

 

Seymur Əliyev

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler