Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ağdaşdakı seçkilerin ilkin neticeleri…

19 Haziran 2016

7:32 am


19/06/2016 [11:30]: xeber –
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsini açıqlayıb.Virtualaz.org-un məlumatına görə, MSK sədri deyib ki, səsvermədə 40 min 203 seçicidən 23 min 292 nəfəri (57,9 faiz) iştirak edib, seçki baş tutub.Məzahir Pənahov xatırladıb ki, seçkilərdə 1 yer uğrunda 7 namizəd mübarizə aparıb. İlkin nəticələrə əsasən 19 min 674 səslə (85,56 faiz) Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov liderdir. Ümid Partiyasının namizədi İqbal Ağazadə 1802 səslə (7,84 faiz) ikinci, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən bitərəflər Rəşad Abdullayev 409 səslə (1,78 faiz) üçüncü, Əli Haqverdiyev 341 səslə (1,48 faiz) dördüncü, Anar İbrahimli 295 səslə (1,28 faiz) beşinci, Elmir Gözəlov 253 səslə (1,10 faiz) altıncı və Rəşid Gözəlov 220 səslə (0,96 faiz) yeddinci yerlərdədirlər.Diqqətə çatdırılıb ki, səsvermənin nəticələrini əks etdirən dairə seçki komissiyasının rəsmi protokolu iki gün ərzində Mərkəzi Seçki Komissiyasına çatdırılacaq və Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə MSK-da baxılaraq təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim ediləcək.MSK sədri ümumilikdə seçkilərin şəffaf keçirildiyini deyib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler