Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ağdaşda qeribe mexluqun göründüyü anlar – Video

28 Haziran 2016

3:52 pm


28/06/2016 [19:51]: xeber –
Son günlər Ağdaş rayon Qoşaqovaq kəndində baş verən olaylar, ölkə mediasında, sosial şəbəklərdə hər kəsin marağına və təcübünə səbəb olub. Kənd sakinləri qorxu və təlaş içindədir. Jurnalistlər gecədən səhərədək adıçəkilən kənddə olaraq, baş verən hadisələri lentə ala biliblər. Kənd sakinlərinin hər şeyin gecə baş verdiyini iddia etməsi səbəbindən jurnalistlər də həmin vaxtı gözləyiblər. Başlanğıcda rayon mərkəzindən xeyli aralıda olan Qoşaqovaq kəndində sakitlik höküm sürüb. Ancaq kəndin mərkəzində, polislərin və sakinlərin cəmləşdiyi əraziyə çatdıqdan bir neçə dəqiqə sonra, naməlum kimsənin həyətlərin birində peyda olduğu xəbəri gəlib. Qoşaqovaq kənd bələdiyyə sədri isə deyir ki, gecələr həqiqətən də kənddə gəzən var. Ancaq bu, hansısa başqa məxluq yox, insandır. Kəndin bələdiyyə sədri Cəbrayıl Həşimovun sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Bununla belə sakinlər narahatdır. Ağdaş rayon polis şöbəsinin əməkdaşları və sakinlər naməlum şəxs və şəxslarin tutulması üçün kəndin müxtəlif ərazilərində axdarış işləri aparır.  




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler