Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ağdamın icra başçısı 1-cu qrup elili mehkemeye verdi…

01 Ekim 2016

8:52 pm


02/10/2016 [00:46]: xeber –
Ağdam rayon Qasımbəyli qəsəbəsi, ev № 135-də yaşayan  I qrup hərbi xidmət əlili Şıxıyev Rövşən Əyyam oğlu tərəfindənPrezident İlham Əliyevə Açıq məktub   Möhtərəm Prezident! Mən hərbi xidmətdə xidmət edərkən xəsarət alaraq ömürlük I qrup əlil olmuşam. Bununla yanaşı mən həmişə çalışmışam ki, dövlətimə, xalqıma yararlı vətəndaş olum. Belə ki, mən Sizin keçirdiyiniz müşavirələrdə səsləndirdiyiniz “korrupsiya elə bir bəladır ki, tək onu inzibati üsullarla aradan qaldırmaq olmur. Burada hər bir vətəndaş dövlət orqanlarına kömək etməlidir” çağrışınıza qoşularaq baş verən korrupsiya halları barədə Sizin ali və mərkəzi ira hakimiyyəti orqanlarının ünvanlarına ərizə və teleqramlar göndərmişəm. Məqsədim yanlız Sizin çağrışınıza qoşulub dövlətimizin ictimai-siyasi əsaslarını dağıdan korrupsiya hallarının aradan qaldırılmasında dövlət orqanlarına kömək etmək olub.  Ancaq bildiyim, rastlaşdığım korrupsiya halları barədə yuxarı orqanlara ərizələr göndərdikdən sonra vəzifəli pullular mənim haqq səsimi boğmaq üçün məni məhkəməyə verərək sifarişli məhkəmələrlə mənə qarşı iddialar qaldırdılar. Məhkəmə ancaq vəzifəli şəxslərin şəxsi mülahizələrinə əsaslanaraq, konkret faktlar yoxlanılmadan mənim əleyhimə qətnamə çıxardı. Əslində isə məhkəmə şəxsi mülahizələrə deyil, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan qanununda nəzərdə tutulmuş qaydada mənim də iştirakım təmin olunmaqla yoxlama aparıldıqdan sonra məni günahkar saymalı idi. Heç bir yoxlamanın nəticəsi olmadan vəzifəli şəxslərin göstərişi ilə məhkəmə sifarişli qətnamə çıxarmamalıydı. Bunula məhkəmə mənim konstitutsion hüququm olan söz və ifadə azadlığımı pozaraq, vəzifəli şəxslərin sifarişini yerinə yetirərək korrupsiya əməllərini ört-basdır edir.  Nəhayət mən Prezident kimi Sizin ünvanınıza teleqramlar göndərərək Sizin tərəfinizdən qəbul olunmaq istədikdən sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov 31 avqust 2016-cı il tarixdə Ağdam rayon Məhkəməsində mənə qarşı iddia qaldırıb. Bu dünyada görünməmiş haldır ki, vətəndaş qəbul olunmaq üçün Prezidentə müraciət edir, İcra Başçısı vətəndaşı məhkəməyə verir.  Beləliklə, məhkəmə vəzifəli şəxslərin əlində vətəndaşları susdurmaq alətinə çevrilir. Bununla vətəndaşın dövlətə inamına və etibarına inam azalır.  Bir daha Sizə məktubla müraciət edərək xahiş edirəm, məni Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovla birlikdə şəxsən qəbul edəsiniz.  Şıxıyev Rövşən Əyyam oğlu 29.09.2016-cı il    


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler