Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ağciyerleri temizleyen möcüze qidalar

23 Haziran 2016

11:36 am


23/06/2016 [15:35]: xeber –

sayt
ağciyərləri təmizləyən 6 möcüzəvi qida haqqında məlumatı təqdim edir.

Öncədən qeyd
edək ki, bu qidalar xüsusən astma xəstələrinin və siqareti atanların həyat həyat
fəaliyyətlərini artıracaq qidalar.

Zəncəfil:

Çox qüvvətli bir
antioksidant olan zəncəfil ağciyərləri təmizləyir. Müxtəlif toksinləri, selikli
qişanı və arzuolunmaz hissəcikləri ağciyərlərdən təmizləməyə kömək edir. Bunun
üçün zəncəfili çiy şəkildə yemək və çayını içmək lazımdır.  Sarımsaq:

Sarımsaq güclü
antioksidant olmaqla yanaşı ağciyərlərin təmizlənməsində faydalıdır. Tərkibində
bol miqdarda olan alisin maddəsi ağciyərləri təmizləyir.

Evkalipt:

Evkalipt təbii
antibiotik olmaqla yanaşı, tərkibində yağlar saxlayır. Bu uçucu yağlar ağciyər
infeksiyalarına yaxşı təsir edir. Qan təzyiqini artıraraq qanın artmasını təmin
edir. Öskürək siroplarında, boğazağrı dərmanlarında bu kimyəvi yağlardan
istifadə edilir. Təzə evkalipt çayı bronxit və sinusit yaxşı təsir edir.
Buxarını udmaq isə öskürək və bronxitə faydalıdır.

Ekinezya:

Ekineziya soyuqdəymənin
və öskürəyin müalicəsində istifadə edilir. Bitkinin kökləri müxtəlif ağciyər
infeksiyalarında təsirlidir.

Keçibuynuzu:

Keçibuynuzu xüsusilə
siqaret çəkənlər üçün çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılıb
ac qarına içilsə, siqaretinin verdiyi zərəri aradan qaldırmağa kömək edər.

Əməköməci:

Qaynar suda 1
miqdar əməköməci qaynadılır və 5-6 saat sonra ac qarına 1 stəkan içilir. Bu,
ağciyərlərdəki siqaret təsirlərini azaldır. Əməköməci, həmçinin bəlğəmi təmizləyir,
ağciyər xərçənginin qarşısını alır.

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler