Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ağalarovun şirketine qarşı müflisleşme iddiası qaldırıldı

12 Ağustos 2016

10:24 am


12/08/2016 [14:21]: xeber –
Rusiyada məşhur azərbaycanlı oliqarx Araz Ağalarovun “Crocus İnternational” şirkətinə qarşı müflisləşmə iddiası qaldırılıb. Bu barədə RAPSİ (Rusiyanın Məhkəmə və Hüquqi İnformasiyalar Agentliyi) xəbər verir. Xəbərə əsasən Stavropolda qeydiyyatdan keçmiş “Kron” ASC adlı şirkət Moskva vilayətinin Arbitraj məhkəməsinə biznesmen Araz Ağalarovun “Crocus Group” şirkətlər qrupuna daxil olan “Crocus İnternational” Səhmdar Cəmiyyətinin müflis elan edilməsi tələbi ilə iddia qaldırıb. İddiaya baxılması tarixi hələ müəyyən edilməyib.“Kron” ASC çoxprofilli şirkətdir, alkaqollu içkilərin topdansatışından tutmuş avtomobil texnikasına, ən müxtəlif avtomobil texnikasına, avadanlıqlara qədər bir çox malların topdansatışı ilə məşğul olur. Şirkətin “Crocus İnternational”ın müflis edilməsini niyə tələb etdiyini dəqiqləşdirmək mümkün olmayıb. Ehtimal olunur ki, Ağalarovun şirkətinin “Kron” ASC qarşısında hansısa borc öhdəliyi var.Rusiyada müflisləşmə haqda yeni qanuna görə kreditorlar borcluların müflif elan edilməsinə məhkəmə yolu ilə nail ola bilsə onun əmlakı üzərində sərəncam vermək hüququ qazanır.“Crocus” şirkətlər qrupu Rusiyada üst-üstə 4 milyon kvadratmetrdən çox sahəyə malik obyektlər tikib. Şirkətin obyektləri arasında çoxfunksiyalı “Crocus City” kompleksi, “Crocus Expo” beynəlxalq sərgi mərkəzi, “Crocus City Hall” konsert mərkəzi və s. obyektlər daxildir. Hazırda şirkət 2018-ci il Dünya Çempionatına hazırlıq çərçivəsində Rostovda və Kalininqradda iki futbol stadionu tikir. /Virtualaz.org/


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler