Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ağ Ev: Gülenin ekstradisiyası ile bağlı Türkiye ile emekdaşlığı zeruri hesab edirik

22 Ağustos 2016

7:04 pm


22/08/2016 [23:00]: xeber –
ABŞ Fətullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığı əhəmiyyətli hesab edir.”Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.O qeyd edib ki, rəsmi Vaşinqton və Ankara arasında ekstradisiya haqqında müqavilə artıq 30 ildir qüvvədədir. Ernest sözlərinə görə, ABŞ bu sazişə sadiqir.”Gülənin ekstradisiyası ilə bağlı iki ölkə arasında mühüm əməkdaşlıq artıq siz də görürsünüz” – deyə o bildirib.Ağ Ev rəsmisi əlavə edib ki, Ədliyyə Nazirliyinin nümayəndələri artıq Türkiyəyə səfər edib.”Ekstradisiya prezidentin həlli etdiyi məsələ deyil. Bu, saziş çərçivəsində qəbul olunur. Buna görə də prosesə Ədliyyə Nazirliyinin nümayəndələri də cəlb edilib” – deyə Coş Ernest vurğulayıb.Ernest bu məsələnin ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ankaraya yaxın vaxtlarda baş tutacaq səfəri zamanı müzakirə olunacağını istisna etməyib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler