Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADR Herekatı “Sehiyyenin inkişaf proqramı”nı ictimaiyyete teqdim edecek

08 Ekim 2016

8:20 am


08/10/2016 [12:19]: xeber –
ADR Hərəkatı “Səhiyyənin inkişaf proqramı”nı ictimaiyyətə təqdim edəcək.sayt xəbər verir ki, bu barədə qərar İdarə Heyətinin son toplantısında verilib.07 oktyabr 2016-cı ildə Azərbaycan Demokratik və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda öncə ictimai-siyasi vəziyyət, xüsuilə də 26 sentyabr 2016-cı ildə keçirilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər bağlı Referendum və onun gözlənilən nəticələri, hazırkı durum müzakirə olunub. İdarə Heyəti üzvləri yekdilliklə Referendurum qabağı ölkədə azad və demokratik şəraitin olmamaması qənaətini bölüşərək, səsvermənin kütləvi saxtakarlıq şəraitində keçirildiyini , iştirakçılıq səviyyəsinin aşağı olduğunu qeyd ediblər. İdarə Heyəti, ADR üzvləri, Baki Milli Televiziyasi və BakiFM.AZ Radio MMC-nin direktoru İlham Rəsulzadənin, hüquqşünas Emil Ədalətlinin mitinqlərdə iştirakına görə dəfələrlə polis idarəsinə çağrılmasını və onlara təzyiq göstərilməsini pisləyiblər. İdarə Heyəti üzvləri ADR Hərəkatının yaxın dövr ərzində qarşısında duran vəzifələri müzakirə edərkən, Bakı şəhər və işğal altında olan rayonların sədrlərinin iştirakı ilə keçirilmiş 24 sentyabr 2016-cı il tarixli müşavirənin nəticələri əsasında mövcud durumun dəyərləndirilməsini aparıblar. Qərara alınıb ki, təşkilat işlərə məsul olan strukturların ayrıca toplantısı keçirilsin və onlar növbəti idarə heyətinə təşkilati inkişafa dair təkliflər hazırlasınlar. Idarə Heyəti ADR Hərəkatının dövlət qeydiyyatına alınmaq üçün dördüncü dəfə Ədliyyə Nazirliyinə müraciət etməyə qərar veriblər. Toplantıda ADR Hərəkatı sədrinin müavini Səxavət Əlisoyun rəhbərliyi ilə hazırlanan və yaxın zamanlar geniş ictimaiyyətə təqdimatı planlaşdırılan “Səhiyyənin inkişaf proqramı”nın y tibbi işçilərinin və mütəxəssislərin iştirakı ilə ayrıca ekspert müzakirəsinin keçirilməsinə qərarlaşdırıb və buna hazırlıq işləri planlaşdırılıb.İclasda “ADR Hərəkatının xaricdə yaşayan azərbaycanlilarla əlaqə təşkilatlarının yaradılmasına dair Əsasnaməsi yekun varinatda qəbul olunub. Bundan sonra Hərəkat üzvləri Almaniyada müvafiq qurumun yaradılması ilə bağlı səlahiyyəti hazırda orda yaşayan ADR Hərəkatibnın Ali Məclinsin üzvü Sevinc İsgəndərova səlahiyyət verilib.ADR İdarə Heyəti oktyabrın 18-də Azərbaycan Respubblikasının müstəqilliyinin 25 illiyi münasibəti ilə tədbirlərin keçirilməsi və onlarda iştirak məsələlərini də müzakirə ediblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler