Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADPU-nun beynelxalq elaqeleri genişlenir

02 Ağustos 2016

7:04 am


02/08/2016 [11:02]: xeber –
Avqust ayının 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) rektoru, professor Cəfər Cəfərov Şimali Kipr Türk Respublikasının parlament sədrinin müavini cənab Hüseyin Avkıran Alanlını və Məclis Protokol müdiri cənab Batu Beyiti qəbul edib. Görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq bu görüşün keçirilməsindən məmnunluq duyduğunu bildirib. Görüşdə vurğulanıb ki, Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində mövcud olan əlaqələrin genişlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi xidmətləri var. Qeyd edilib ki, Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsi davam edir. Bu islahatlar təhsil sahəsində sağlam və ədalətli rəqabətin artmasında, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.Rektor Cəfər Cəfərov eyni zamanda qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri, strateji hədəfləri barədə məlumat verərək bildirib ki, ADPU ölkəmizin ali təhsil sistemində xüsusi yer tutur. Hazırda respublikamızda dövlət səviyyəsində yüksəkixtisaslı pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə ciddi addımlar atılır. Belə ki, dövlət başçımız İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu (AMİ) ADPU-ya qoşulub və AMİ-nin Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları ADPU-nun tərkibinə verilib. Hazırda ADPU-nun 5 filalı – Ağcabədi, Cəlilabad, Quba, Şamaxı və Şəki filialları fəaliyyət göstərir. Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. Bununla yanaşı, təhsil naziri cənab Mikayıl Cabbarovun 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb ADPU-ya baza məktəbi kimi verilib. Baş verən struktur dəyişiklikləri nəticəsində ADPU-nun fəaliyyət dairəsi genişlənib, professor-müəllim heyətinin və tələbə kollektivinin sayı xeyli artıb. ADPU-da hazırda filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 mindən çox tələbə təhsil alır. ADPU-nun Bakı şəhərində 4 tədris korpusu, rayonlarda isə 5 tədris korpusu fəaliyyət göstərir. ADPU üçün müasir kampusun inşa edilməsi nəzərdə tutulur və bu istiqamətdə lazımi addımlar atılır.Rektor çıxışına davam edərək bildirib ki, hazırda ADPU-da idarəetmənin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi, diferensial əməkhaqqının tətbiqi, bir sözlə, universitetin yeni imicinin formalaşması üçün ciddi islahatlar həyata keçirilir. Eyni zamanda ADPU beynəlxalq əlaqələrinin genişlənməsinə də xüsusi diqqət yetirir.Çünki beynəlxalq əlaqələr hər bir ali təhsil müəssisəsinin fəaliyyətinin ən mühüm keyfiyyət göstəricilərindən biridir. Bu baxımdan, ADPU öz profilinə uyğun olaraq Şimali Kipr Türk Respublikasının pedaqojiyönümlü ali təhsil müəssisələri ilə əlaqələri genişləndirmək niyyətindədir və bu işdə cənab Hüseyin Avkıran Alanlıdan lazımi dəstək alacağına ümid edir.Şimali Kipr Türk Respublikasının parlament sədrinin müavini cənab Hüseyin Avkıran Alanlı öz növbəsində ADPU-da keçirilən bu səmimi və işgüzar görüşdən məmnunluq duyduğunu bildirərək universitetlə öz ölkəsinin ali məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsinə hər cür dəstək verəcəyini qeyd edib və universitetin kollektivinə uğurlar arzulayıb.Sonda xatirə şəkli çəkdirilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler