Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADPU-nun beynelxalq elaqeleri genişlenir…

14 Ekim 2016

7:16 am


14/10/2016 [11:14]: xeber –
Oktyabr ayının 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Federal Universitetinin (KFU) Yelabuj İnstitutunun direktoru xanım Merzon Yelena Yefimovna ilə görüşüb. Görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak edib.ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq bu görüşün keçirilməsindən məmnun qaldığını bildirib. Rektor görüş zamanı rəhbərlik etdiyi universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, tədris prosesi, fəaliyyət istiqamətləri, strateji hədəfləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ADPU fəaliyyət göstərdiyi 95 il ərzində elm və təhsilimizin inkişafında böyük xidmətlər göstərib.Rektor C.Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya birləşməsi və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan böyük ali təhsil müəssisəsinə çevrilmişdir. Bununla yanaşı, Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. ADPU-nun 5 filialı-Ağcabədi, Cəlilabad, Quba, Şəki və Şamaxı filialları fəaliyyət göstərir.Hazırda ADPU-da 8 fakültə–Filologiya, Tarix və coğrafiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Məktəbəqədər təhsil, Psixoloji xidmət və korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, İbtidai təhsil fakültələri, Magistratura və doktorantura şöbəsi, Davamlı təhsil və təlim şöbəsi, 40 kafedra, həmçinin SABAH qrupları fəaliyyət göstərir. ADPU-da bu gün filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən20 minə yaxın tələbə təhsil alır. Universitetin 1 professoru AMEA-nın müxbir üzvü, 4 professoru isə Əməkdar elm xadimidir.Rektor Cəfər Cəfərov qeyd edib ki, müasir dünyamızda beynəlxalq əlaqələr hər bir ali təhsil müəssisəsinin fəaliyyətində ən mühüm amillərdən biridir. ADPU bu istiqamətdə böyük işlər görməyi planlaşdırır.Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Federal Universitetinin Yelabuj İnstitutunun direktoru xanım Merzon Yelena Yefimovna da öz növbəsində ADPU-da bu görüşün keçirilməsindən məmnun qaldığını ifadə edərək universitetin rəhbərliyinə, professor-müəllim heyətinə və tələbə kollektivinə uğurlar arzulayıb. Xanım Merzon Yelena Yefimovna başçılıq etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib və gələcəkdə ADPU ilə elm və təhsil sahəsində əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib.Görüşdə müəllim hazırlığı və hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler