Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADPU-da yeni yaradılan işçi qrupunun ilk telimi keçirildi – Fotolar

30 Eylül 2016

11:36 am


30/09/2016 [15:32]: xeber –
Əvvəlcə onu qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Twinninq” layihəsi çərçivəsində hazırlanan yeni akkreditasiya qaydalarının pilot qiymətləndirilməsinin həyata keçirilməsi üçün seçilən 3 ali təhsil müəssisəsindən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir (ADPU). Bu məqsədlə də sentyabr ayının 29-da finlandiyalı ekspertlərin iştirakı ilə daxili qiymətləndirmə sənədinin hazırlanması üçün ADPU-da yaradılan işçi qrupun ilk təlimi keçirilmişdir. Təlimdə ADPU-nun prorektorları, fakültə dekanları, aparıcı kafedraların müdirləri, Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin əməkdaşları, mütəxəssislər iştirak etmişlər. Məlumat üçün onu da qeyd edək ki, oktyabr və noyabr aylarında təlimin ikinci və üçüncü mərhələləri də keçiriləcəkdir. Təlimlərin sonunda işçi qrupun ADPU-nun özünüqiymətləndirmə sənədini hazırlaması nəzərdə tutulur. Özünüqiymətləndirmə sənədi xarici ekspertlərin də cəlb olunacağı qrup tərəfindən dəyərləndiriləcək.Təlimdə çıxışlar edilmiş, suallar cavablandırılmış, iştirakçılara sertifikatlar təqdim edilmişdir.Sonda Finlandiyanın təhsil sistemi haqqında məlumat verilmişdir.ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler