Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADPU-da tanışlıq görüşü keçirilib

08 Temmuz 2016

3:32 pm


08/07/2016 [19:29]: xeber –
İyul ayının 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Moskva Pedaqoji Dövlət Universitetinin (MPDU) 1-ci prorektoru, professor Vladimir Dmitrieviç Neçaev və MPDU-nun Dərbənd filialının direktoru, dosent Hüseynov Ruslan Cahangiroviçlə tanışlıq görüşü keçirib. Görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Mehdi Abdullayev də iştirak edib.ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq bu tanışlıq görüşünün keçirilməsindən məmnun qaldığını bildirib. Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı rektor Cəfər Cəfərov rəhbərlik etdiyi universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, bugünkü fəaliyyəti, maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, tədris prosesi, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor C.Cəfərov qeyd edib ki, ADPU fəaliyyət göstərdiyi müddət ərzində elm və təhsilimizin inkişafına dəyərli töhfələr verib. Xalqımızın böyük oğlu, ulu öndərimiz Heydər Əliyev həmişə ADPU-ya yüksək qayğı və diqqət göstərib. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ADPU-ya xüsusi qayğı və diqqət göstərir.Rektor C.Cəfərov görüş zamanı bildirib ki, müasir dünyamızda ali təhsil müəssisəsi öz elmi-tədqiqatları, maddi-texniki bazası, kadr potensialı və yüksək keyfiyyətli təhsil verməsi ilə tanınmalıdır. Ali məktəb daim yeniləşməli, müasir olmalı, dünyanın yeni inkişaf meyillərini nəzərə almalı və bu inkişaf meyillərinə uyğun olaraq öz işini qurmalıdır. Eyni zamanda hər bir ali təhsil müəssisəsinin nüfuzu yüksək keyfiyyətli təhsillə yanaşı, həm də həmin ali məktəbin dünyanın digər elm və təhsil müəssisələri ilə əlaqələr qurması ilə də müəyyən olunur. ADPU-nun beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən rektor C.Cəfərov bildirb ki, universitetin beynəlxalq əlaqələri keyfiyyətcə yeni mərhələyə daxil olub. Belə ki, ADPU bu gün Türkiyənin Hacəttəpə Universiteti, Ankara Universiteti, Mehmet Akif Ersoy Universiteti, Qazi Universiteti, Muğla Sıtkı Koçman Universiteti, Balıkesir Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universiteti, Rumıniyanın, eləcə də Avropanın çox nüfuzlu Babeş-BolyaiUniversiteti, Fransanın Strasburq Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Qazaxıstanın Abay adına Milli Pedaqoji Universiteti, Tacikistanın Kulyab Universiteti, Tatarıstan Dövlət Humanitar Universiteti, habelə Rusiyanın digər qabaqcıl universitetləri və Baltikyanı ölkələrin bir sıra tanınmış universitetləri ilə elm və təhsil sahəsində əməkdaşlıq edir. Eyni zamanda ADPU-nun professor-müəllimləri dünyanın bir çox ölkələrində keçirilən yüksək səviyyəli beynəlxalq elmi konfranslarda, simpoziumlarda, konqreslərdə, həmçinin çoxsaylı layihə və proqramlarda fəal iştirak edirlər.MPDU-nun 1-ci prorektoru, professor Vladimir Dmitrieviç Neçaev və MPDU-nun Dərbənd filialının direktoru, dosent Hüseynov Ruslan Cahangiroviç öz növbələrində təmsil etdikləri ali təhsil müəssisəsinin tarixi, keçdiyi inkişaf yolu, tədris prosesi və müasir vəziyyəti barədə məlumat veriblər. Onlar eyni zamanda ölkəmizdə ali pedaqoji təhsilin öncülü sayılan ADPU-da tanışlıq görüşü keçirmələrindən məmnun qaldıqlarını ifadə edərək universitetin rəhbərliyinə, professor-müəllim heyətinə və tələbə kollektivinə uğurlar arzulayıblar. Görüşdə Azərbaycan və Rusiya arasında təhsil, elm, mədəni əlaqələrin genişlənməsi məqsədi ilə gələcəkdə ADPU ilə MPDU arasında əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler