Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADPU-da “Renglerin sirri” konfrans-müsabiqesi keçirilib

25 Ekim 2016

1:28 pm


25/10/2016 [17:26]: xeber –
Oktyabr ayının 24-25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3 nömrəli tədris binasında “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib. Universitetin Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü ilə keçirilən “Rənglərin sirri” konfrans-müsabiqədə 100-dən çox rəsm əsəri nümayiş etdirilib, 60-a yaxın tələbə bu müsabiqədə iştirak edib. Eyni zamanda konfrans-müsabiqədə respublikamızın tanınmış rəssamları, musiqiçiləri də iştirak ediblər. Münsiflər Heyəti tərəfindən tələbələrdən 1 nəfəri I yerə, 2 nəfəri II yerə, 3 nəfəri isə III yerə layiq görülüb, digər iştirakçılar sertifikatla mükafatlandırılıblar. Qeyd edək ki, konfrans-müsabiqənin özəlliyi incəsənətin Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində tədris olunan 2 növü–rəsm və musiqinin təbiətindən irəli gəlir. Onu da qeyd edək ki, bir çox tanınmış və məşhur sənətkarlar öz yaradıcılıqlarında incəsənətin bu növlərindən istifadə ediblər. Xalqımızın dünya şöhrətli sənətkarları Toğrul Nərimanbəyovun, Müslüm Maqomayevin yaradıclıqları buna nümunədir.ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfrans-müsabiqədə nümayiş etdirilən əsərlərlə tanış olub və onları yüksək qiymətləndirib. Rektor fakültənin rəhbərliyini, müəllim və tələbələrini konfrans-müsabiqənin keçirilməsi münasibətilə təbrik edib, onlara təhsildə və yaradıcılıqda yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində yaradıcı mühit mövcuddur. Sənət, yaradıcılıq insandan xüsusi istedad tələb edir. Bu mənada konfrans-müsabiqənin keçirilməsinin bütövlükdə ADPU üçün əlamətdar və uğurlu bir hadisə olduğunu bildirib, tələbələrin yaradıcılığından qürur hissi keçirdiyini və yüksək təəssürat bəxş etdiyini vurğulayıb. Belə konfrans-müsabiqələr tələbə-gənclərin yaradıcılıq istedadlarının aşkara çıxarılmasına və inkişaf etməsinə, püxtələşməsinə, dünyagörüşlərinin artmasına, daxili mənəvi dünyalarının zənginləşməsinə, bədii-estetik zövqlərinin formalaşmasına müsbət təsir edir. Rektor çıxışında belə sərgilərin davamlıolacağına inamını ifadə edib və konfrans-müsabiqənin qaliblərinə sertifikatları təqdim edib.Konfrans-müsabiqədə professor Cəmilə Həsənzadənin “Müasir Azərbaycan incəsənətində miniatür ənənələri”, İmruzə Hüseynovanın “İncəsənətdə sinkritizm”, dosent Samir Sadıqovun “Təsviri incəsənətdə musiqiçi obrazları”, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin tələbəsi, beynəlxalq müsabiqənin laureatı Lalə Ağayevanın Qara Qarayevin “Tsarkoye selo heykəli” pyesində impressionizmin təzahürü, həmin fakültənin tələbələri: Simuzər Məmmədovanın Qara Qarayevin “Eskiz” əsəri, Zəhra Qasımovanın “Arif Məlikovun rəsm əsərlərinin musiqi ilə vəhdəti”, həmçinin Arif Məlikovun “Prelüd” əsəri, fakültənin vokal qrupunun Arif Məlikovun “Güllər” əsəri, fakültənin tələbəsi Sənəm Rəhmanovanın və baş müəllim Gülarə Aslanovanın Arif Məlikovun “İki qəlbin dastanı” baletindən Komdenin rəqsi, fakültənin müəllimi Arzu Zeynalovanın “Azərbaycan xalçalarında impressionizmin təzahürü”, fakültənin saz ansamblının üzvlərinin “Qarabağ şikəstəsi”, vokal qrupunun “Cənnətim Qarabağ” məruzələri və çıxışları dinlənilmişdir.Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova çıxış edərək konfrans-müsabiqənin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.Konfrans-müsabiqənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler