Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADP terror qurbanlarına başsağlığı verdi

30 Haziran 2016

10:36 am


30/06/2016 [14:35]: xeber –
Azərbaycan Demokrat
Partiyası  Türkiyədə baş verən qanlı
terror nəticəsində həlak olanların ailələrinə və Türkiyə dövlətinə baş sağlığı
ünvanlayıb. Baş sağlığında deyilir:

“Azərbaycan Demokrat
Partiyası Türkiyədə baş verən terror nəticəsində onlarla insanın faciəli şəkildə
həlak olmasından və çoxi sayda insanın ağır xəsarətlər almasından ciddi narahat
olduğunu bildirir və bu qanlı terroru törədənləri, terrorurun arxasında duran məkrli
qüvvələri lənətləyir.

ADP Türkiyə hökumətinin
qanlı terror hadisəsindən sarsılmayacağını, istər daxildən, istərsə də xaricdən
Türkiyəyə qarşı yönələn terror hadisələrinə qarşı mətinliklə sinə gərəcəyinə,
Türkiyənin bütövlüyünü, demokratik qurulyşunu qoruyacağına əmin olduğunu
bildirib və Azərbaycan hakimiyyətinivə xalqımızı terrora məruz qalan  Türkiyənin yanında olmağa, terorla mübarizədə
qardaş ölkəyə hər tərəfli dəstək verməyə çağırıb.

ADP terrorun harada
olmasından asılı olmayarq insanlıq üçün qorxu, vahimə yaratdığını, demokratik
dövlətlərin siyasi nizamımı pozulmağ yönəldiyini, ölkə həyatının dincliyini,
sabitliyini pozmağa istiqamətləndiyini diqqətə çatdırıb və bütün dünya dövlətlərini
Türkiyədə baş verən son terror olaylarına qarşı səssiz qalmamağa, bu ağır günlərdə
Türkiyə ilə həmrəy olmağa, terrorla mübarizədə beynəlxalq səyləri birləşdirməyə
çağırıb”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler