Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADP Natiq Ceferlinin hebsine münasibet bildirdi

15 Ağustos 2016

10:24 am


15/08/2016 [14:23]: xeber –
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları ilk növbədə Nəsimi Rayon Məhkəməsinin Respublikaçılar Alternativ Hərəkatının icraçı katibi Natiq Cəfərli barədə 4 aylıq həbs qətimkan tədbiri görülməsi məsələsinə münasibət bildirib. Partiya rəsmiləri bundan əvvəl də siyasi aktivlərin bu cür üsullarla –  mövcud qanunvericiliyin tələblərinə, konstitusiya və beynəlxalq qanunlara zidd olaraq həbslər həyata keçirilməsi praktikasını pisləyib, həbsin siyasi mötivli olduğunu, insan hüquq və azadlıqları ilə bir araya sığışmadığını qeyd edib və hakimiyyəti qanunun aliliyi prinsipini qorumağa, ölkə konstitusiyası və beynəlxalq öhdəliklərdən irəli gələn tələblərə riayət etməyə və N.Cəfərli barədə ədalətli qərar qəbul etməyə çağırıb.İdarə Heyəti neftin qiymətinin dünya bazarında ucuzlaşdığı bir dövrdə hakimiyyətin su, kanalizasiya və elektrik enerjisinin qiymətinin qaldırmasını böhran şəraitində bu ağırlığı xalqın çiyninə yükləməsi kimi dəyərləndirir və qətiyyətlə pisləyib.İdarə Heyəti cari ilin sentyabr ayının 26-da keçiriləcək referendumla bağlı müzakirələr apararaq Vətəndaş və İnkişaf Partiyası ilə Azərbaycan Demokrat Partiyasının ortaq mövqedən çıxış etməsi barədə qərar qəbul edib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler