Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU rektoru Schlumberger şirketinin nümayendeleri ile görüşüb

21 Temmuz 2016

3:16 pm


21/07/2016 [19:15]: xeber –
ADNSU rektoru Schlumberger şirkətinin nümayəndələri ilə görüşüb.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı Schlumberger şirkətinin Rusiya və Mərkəzi Asiyada personal yığımı və universitetlərlə iş üzrə idarəsinin rəhbəri Andrey Qerdyuş və şirkətin texniki personalın yığımı və Xəzər bölgəsi universitetləri ilə iş üzrə meneceri Aset İskakovu salamlayaraq universitetin Schlumberger ilə zəngin əməkdaşlıq tarixinin olduğunu qeyd edib. Bir müddət bu əməkdaşlıqda müəyyən fasilənin yarandığını qeyd edən rektor Mustafa Babanlı rəhbəri olduğu ali məktəbin məzunları haqda Schlumberger şirkətinin nümayəndələrinin də eşitmiş olduğunu qeyd edib. ADNSU-nun vaxtilə SSRİ-nin 10 ən yaxşı ali məktəbi arasında, xirici ölkələr üçün mütəxəssis yetişdirən universitetlər arasında ilk üçlükdə yer aldığını söyləyən professor M.Babanlı universitetin mövcud durumu, hazırda keçirilən islahatlar, tədrisin keyfiyyətini yüksəldilməsi istiqamətində görülən işlər barədə qonaqlara məlumat verib. Rektor Mustafa Babanlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ADNSU və Strasburq Universitinin birgə iştirakı ilə yaradılan Fransız-Azərbaycan Universiteti (UFAZ) haqda məlumat verərək UFAZ-ın dünyanın qabaqcıl tədris proqramı əsasında təhsil verəcəyini, onun geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft və qaz mühəndisliyi üzrə ixtisaslara yiyələnmək istəyən azərbaycanlı tələbələr üçün ölverişli imkan olduğunu nəzərə çatdırıb. O böyük təbliğat tədbirlərinin aparılmadığına baxmayaraq UFAZ-a iki gün ərzində 200 nəfərdən artıq gəncin sənəd verdiyini və qeydiyyat vaxtının bitməsinə qalmış 3 gün ərzində bu rəqəmin yüksələrək gözlənildiyindən daha artıq olacağına əminliyini vurğulayıb. Rektor M.Babanlı UFAZ-da təhsilini başa vuran tələbələrə 2 diplomun – ADNSU ilə yanaşı Strasburq Universitetinin də diplomunun təqdim ediləcəyini bildirib. O Strasburq universiteti ilə əməkdaşlığın sayəsində UFAZ tələbələrinin sərəncamına ən müasir laboratoriyaların veriləcəyini xüsusi qeyd edib. Professor M.Babanlı UFAZ tələbələri ilə yanaşı ADNSU tələbələrinin yeni laboratoriyalarla təmin olunması istiqamətində iş aparıldığını, lakin Schlumberger kimi şirkətlərin yeni avadanlıqların alınması istiqamətində verə biləcəyi dəstəyin böyük əhəmiyyətə malik oldğunu söyləyib. Rektor M.Babanlı qeyd edib ki, Schlumberger şirkəti neft və qaz sənayesi üçün kadrların hazırlanmasında ADNSU-ya gənclərin hansı tələblərə cavab verməli olması barədə məlumat verməklə yardım göstərmiş olardı. Bu ADNSU tələbələrin hazırlanmasında sənaye müəssisələrinin ehtiyaclarını nəzərə alaraq onlara zəruri biliklərin verilməsini təmin edərdi. Schlumberger şirkətinin Rusiya və Mərkəzi Asiyada personl yığımı və universitetlərlə iş üzrə idarəsinin rəhbəri Andrey Qerdyuş ADNSU-nun məzunu Aydın Kərimovun hazırda Schlumberger-in nümayəndəliyinin rəhbəri olduğunu söyləyərək şirkətin əməkdaşları arasında ADNSU məzunlarının sayının kifayət qədər olduğunu bildirib. Bununla belə o savadlı gənc mühəndislərə ehtiyacın tam ödənmədiyini qeyd edərək Schlumberger şirkətinin ADNSU ilə uzunmüddətli əməkdaşlığa hazır olduğunu vurğulayıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler