Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU-nun stendi böyük maraqla qarşılandı -Tehsil ve Karyera sergisinde

07 Ekim 2016

2:36 pm


07/10/2016 [18:33]: xeber –
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) oktyabrın 7-də Baku Ekspo Mərkəzində keçirilən 10-cu Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak edib.Beynəlxlaq Təhsil və Karyera sərgisində Azəbaycan, Almaniya, Türkiyə, Macarıstan Polşa, Latviya, Macarıstan və bir çox ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil müəssisələri iştirak ediblər. Dünyanın 14 ölkəsindən 118 iştirakçının bir araya gəldiyi sərgidə ADNSU-nun stendi böyük maraqla qarşılanıb.Təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə onuncu dəfə təşkil edilən sərginin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Təhsil Nazirliyinin rəsmi dəstəyi və “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılan sərgidə Azərbaycan Dövlət Neft və Sənaye, Texniki, İqtisad, Bakı Biznes, Memarlıq və İnşaat, Texnologiya, Gəncə Dövlət universitetləri və ölkəmizin digər ali məktəbləri stendləri ilə təmsil olunurlar.ADNSU-nin stendində universitet haqqında Azərbaycan və ingilis dillərində bukletlər, universitetin professor və müəllimlərinin dərc olunmuş yeni kitabları, yeni ixtiralar, həçminin ali məktəbin yenicə çapdan çıxmış “Oil and Industry” jurnalının ilk sayı təqdim edilib. Bundan əlavə, stend üzərində quraşdırılmış monitorda ADNSU-nun tanıtım video çarxı nümayiş olunub. Universitet müəllimləri maraqlananlara ADNSU-da bakalavriat, magistratura, doktorantura, eləcə də ikinci ali təhsil və MBA proqramları haqqında geniş məlumat veriblər. ADNSU- rektoru, prof. Mustafa Babanlı sərgi iştirakçılarının ali məktəbdə baş verən yeniliklər, gerçəkləşdirilən layihələr barədə suallarını cavablandırıb.Təhsil nazirinin müavini Ceyhun Bayramov ali məktəblərin stendləri ilə tanış olub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı ADNSU-da həyata keçirilən islahatlar haqda Təhsil nazirinin müavininə məlumat verib.Xatırladaq ki, 10-cu Beynəlxalq Təhsil sərgisi oktyabrın 9-da başa çatacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler