Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU-nun professor ve müellimlerinden ibaret müşahideçi qrupu Referendumun gedişatını izleyir

26 Eylül 2016

10:24 am


26/09/2016 [14:23]: xeber –
Sentyabrın 26-da Azərbaycanda Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilir.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 17 nəfərdən ibarət professor-müəllim heyəti 22 saylı Nəsimi II seçki dairəsinin 2, 3 və 4 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edir. ADNSU üzrə YAP İlk Təşkilat sədri, dosent Tamilla Naibova müşahidə etdikləri seçki məntəqəsində yüksək seçici fəallığının olduğunu bildirib: “Saat 07:50-də müşahidəçilərin iştirakı ilə qutular kilidləndi, saat 08:00-da məntəqəni seçicilər üçün açıq elan edildi”, – deyə o qeyd edib.Siyahı üzrə 2 saylı məntəqədə 1203 nəfərin qeydiyyatda olduğunu deyən T.Naibova onlardan əksəriyyətinin artıq saat 12:00-a qədər səs verdiyini vurğulayıb.Səsvermənin gedişatını yüksək dəyərləndirən 22 saylı Nəsimi II seçki dairəsinin 2 saylı məntəqəsinin sədri Tərlalə Bələgözova müşahidəçilər arasında Qırğızıstan vətəndaşının da olduğunu söyləyib.Qeyd edək ki, bu il iyulun 18-də Azərbaycan Respublikası prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.Referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülüb. Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-də keçirilən iclasında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler