Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU-nun professor-müellim heyeti ve telebeler “Bayraq yürüşü”nde iştirak edib

05 Kasım 2016

11:52 am


05/11/2016 [15:51]: xeber –
Noyabrın 5-də Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak ediblər. Yürüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr fəal iştirak edib.Yürüşün keçirilməsində əsas məqsəd Milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanması məqsədilə keçirilən yürüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.Tələbə və şagirdlər Vətənə, bayrağımıza həsr olunmuş şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.Dövlət Bayrağı Gününün hər il ölkəmizdə geniş qeyd olunduğunu bildirən Mikayıl Cabbarov bu tədbirlərin əhəmiyyətini xatırladıb.“Azneft” meydanından başlayan “Bayraq yürüşü” Dövlət Bayrağı Meydanında başa çatıb.Yürüşün sonunda xatirə fotosu çəkilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler