Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU-nun 4000-dek unikal eksponatdan ibaret kolleksiyası yeni minerallar hesabına zenginleşir

28 Eylül 2016

3:36 pm


28/09/2016 [19:35]: xeber –
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 90 ildən çoxdur ki, zəngin mineral eksponatların toplandığı mineralogiya kabineti faəliyyət göstərir. Geoloji kəşfiyyat fakültəsinin professoru Aslan Z.Vəzirzadə adına mineralogiya kabineti nəinki ölkəmizdə, eyni zamanda regionda ilk və yeganə muzey tipli kabinetdir. Nadir minerallarla zəngin mineralogiya kabinetində dünyanın 117 ölkəsindən 356 növdə 4000-ə yaxın mineral toplanıb. “Faydalı qazıntı yataqlarının geologiyasının işlənməsi” kafedrasının dosenti və ömrünün 30 ilini mineralogiya kabinetinin eksponatlarının zənginləşməsinə, onların tədqiqinə həsr etmiş Ağamehdi Ağayev tələbələrə yüksək səviyyəli təhsil verməklə yanaşı onlara bu mineralları tanıtmaq istədiklərini bildirib.“Burada dünyanın 122 yatağından minerallar toplanıb. Bu mineralların əksəriyyəti ya nadir minerallardır, ya da nadir elementlərlə zəngin minerallardır. Burada böyük həcmli və ya tərkibində platin gümüş və qızıl saxlanılan minerallar var”,- deyə A.Ağayev qeyd edib.Dosent A.Ağayev eksponat kimi təqdim olunan mineralların təbiətdən tapıldığı ölçü və formada saxlandığını, onlardan elmi məqsədlər üçün istifadə olunduğunu qeyd edib. O bəzi mineralların olduqca qiymətli olduğunu qeyd söyləməklə yanaşı onların mənəvi və elmi dəyərinin qat-qat yüksək olduğunu vurğulayıb.“Məsələn, bizdə 70 -80 kiloqram ağırlığnda bahalı netrit mineralı var ki, onun da 1 kiloqramının dünya bazarında qiyməti 3000 dollardır, həmçinin Uraldan gətirilmə dağ bülluru var ki, onun da çəkisi 120 kiloqramdır. Tələbələr bu yaxınlarda Uruqvaydan, Salvadordan, Panamadan minerallar gətiriblər və geologiya kabinetinə hədiyyə ediblər. Yəni burada demək olar ki, hər həftə zənginləşmə gedir”- deyə Ağamehdi Ağayev qeyd edib.Xatırladaq ki, təkcə mineralogiya kabinetinin vitrinlərində 1600 mineral nümayiş etdirilir. Ehtiyat fondunda isə 3 mindən çox mineral var. Muzeydə Azərbaycanın elə bir bölgəsi yoxdur ki, oradan minerallar olmasın. Burada ötən əsrin 30-ci illərində tapılan minerallar da var. Onlar Avropadan və Rusiyadan gətirilib. Vitrinlərdə nümayiş olunan minerallar müasir kristallokimyəvi təsnifata əsasən yerləşdirilib. Hər mineralın adı, kimyəvi tərkibi və yatağı ayrıca qeyd olunub. Eyni zamanda, mineralların kataloqu hazırlanıb və kompüter bazasına daxil edilib.Mineralogiya kabinetinin mineraloji kolleksiyasından başqa, kristalların fəza quruluşuna dair zəngin model kolleksiyası da var.Mineralogiya kabinetinin uzun onulliklər ərzində ADNSU-da bu sahədə çalışan azərbaycanlı alimlərin fədakar zəhməti sayəsində müasir dövrümüzədək gəlib çıxdığını söyləyən Ağamehdi Ağayev toplanmış kolleksiyanın daha da zənginləşdirilməsi, minerallar üzərində müasir dövrün tələblərinə uyğun tədqiqatların aparılması, eləcə də eksponatlar haqda Azərbaycan və dünyanındigər ölkələrində daha geniş məlumatların yayılması baxımından ona muzey statusunun verilməsinin vacibliyini vurğulayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler