Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU müsabiqede qalib geldi… -Foto

22 Ekim 2016

1:12 pm


22/10/2016 [17:09]: xeber –
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “eazi START” startap məktəbinin Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi müsabiqəyə təqdim etdiyi üç layihə qalib gəlib.“eazi START” startap məktəbinin Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsində Magic Words, Smart Keyboard, Comfortab layihələri müvafiq olaraq 15 000, 12 000 və 10 000 manat həcmində qrant udublar.Qrant müsabiqəsinə ümumilikdə 121 layihə təqdim olunub, onlardan 112-si ilkin ekspertiza mərhələsini uğurla keçib kompleks ekspertizaya təqdim edilib. Kompleks ekspertizaya təqdim olunan layihələrdən 61-i müsbət rəy alıb. Fondun Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 61 layihədən sonda 29 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib. Fondun Müşahidə Şurasının qərarı ilə 29 layihəyə ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində startap məktəbi və biznes inkubatoru olan “eazi START” 2015-ci ilin sonlarında yaradılıb, 2016-cı ilin yanvarında burada ilk təlimlərə başlanılıb. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi və tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak edib. İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “eazi START” startap məktəbinin ilk buraxılış festivalı keçirilib. Festivalda 15 startap layihəsi təqdim edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler