Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU ile Türkiyenin Yunus Emre İnstitutu arasında emekdaşlıq genişlenir -FOTOLAR

11 Ekim 2016

11:28 am


11/10/2016 [15:27]: xeber –
Oktyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, prof. Mustafa Babanlı Türkiyənin Yunus Emre İnstitutunun nümayəndələri ilə görüşüb.Görüşdə Yunus Emre İnstitutunun Azərbaycan təmsilçiliyinin müdiri İbrahim Yıldırım və digər nümayəndələr iştirak edib.ADNSU-nun rektoru, prof. M.Babanlı qonaqları salamlayaraq onları ADNSU-da görməkdən məmnun olduğunu deyib. Əcnəbi tələbələrin problemlərinin müzakirə olunduğu görüşdə rektor ADNSU-da təhsil alan əcnəbi tələbələr haqqında geniş məlumat verib.Professor M.Babanlı ADNSU-nun xarici universitetlərlə əlaqələri, Türkiyə universitetləri ilə, xüsusilə də Yunus Emre İnstitutu ilə ikitərəfli əməkdaşlıq barədə danışıb. Görüşdə “Mövlanə” proqramı və tələbə mübadiləsi, ADNSU ilə Yunus Emre İnstitutu əməkdaşlıq məsələləri və yeni planlar müzakirə olunub, iki ali məktəb arasında birgə proqramın yaradılması məsələsi dəyərləndirilib. Tərəflər iki ali məktəb arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni layihələrin zəruriliyi qeyd olunub.ADNSU ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini qeyd edən Yunus Emre İnstitutunun müdiri İ.Yıldırım təmsil etdiyi ali məktəbin universitetdə tanıtımını keçirmək istədiklərini bildirib.Görüşün sonunda əməkdaşlığa dair müqavilə müzakirə olunub, tərəflər qısa müddət ərzində iki ali məktəb arasında əməkdaşlıq müqaviləsi imzalamağı qərara alıblar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler