Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU ile Gence Dövlet Universiteti arasında emekdaşlığa dair müqavile imzalanıb

23 Ekim 2016

3:56 pm


23/10/2016 [19:52]: xeber –
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Gəncə Dövlət Universitetində həmkarı, rektor Yusif Yusibovla görüşüb. Gəncə Dövlət Universitetinin professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə Yusif Yusibov rəhbərlik etdiyi ali məktəbdə son iki ildə görülən işlər haqqında məlumat verib. Universitetdə 9 fakültə, 13 şöbənin fəaliyyət göstərdiyini qeyd edən rektor qərb bölgəsində yerləşən təhsil müəssisələrində çalışan pedaqoji kadrların yenidən hazırlanması məqsədilə “Əlavə təhsil” fakültəsinin yaradıldığını bildirib. O qeyd edib ki, tələbələrə müasir standartlara cavab verən 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi xidmət göstərir. Y.Yusibov son ildə əsas tədris binasında kimya, botanika və zoologiya laboratoriyalarının yenidən qurulduğunu diqqətə çatdırıb. Gəncə Dövlət Universitetində həyata keçirilən digər işlər, yeniliklər barədə də məlumat verən Y. Yusibov Universitetin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı öz növbəsində ADNSU-nun tarixi, inkişaf mərhələləri və bu gün görülən işlərdən bəhs edib. Şanlı tarixə malik olan Universitetdə yanacaq-enerji və kimya texnologiyası kompleksi üçün hazırlanan gələcək mütəxəssislərin təhsili ilə 100-dən çox elmlər doktoru, professor, 600-dən çox elmlər namizədi, dosentin məşğul olduğunu bildirib. Rektor M.Babanlı ADNSU-nun professor-müəllim heyətinin sıralarında Azərbaycan Respublika Milli Elmlər Akademiyası və beynəlxalq akademiyaların bir çox həqiqi və müxbir üzvlərinin olduğunu vurğulayıb. O Universitetin Sovetlər İttifaqinda xarici ölkələr üçün yüksək ixtisaslı mütəxəssis kadrları hazırlayan əsas mərkəzlərdən biri olduğunu qeyd edib. ADNSU-da həyata keçirilən layihələr barədə məlumat verən professor M.Babanlı yeni tədris ilindən ali məktəbdə Elektron Təhsil sisteminə start verildiyini vurğulayıb. Professor Mustafa Babanlı tələbə və magistrlərə yaradılan şəraitdən, tədrislə bağli edilən yeniliklərdən, müəllim və tələbələr qaşısına qoyulan daha məqsədyönlü tələblərdən və onların icra mexanizmindən də bəhs edib. Gəncə Dövlət Universitetinin Qərb regionunda aparıcı, özünəməxsus nüfuzu olan təhsil ocağı olduğunu qeyd edən rektor belə bir ali təhsil müəssisəsi ilə əməkdaşlığın əhəmiyyətli olduğunbu, inkişaf məqsədilə lazımi yardımlar göstərməyi də məqsədəuyğun saydığını bildirib. Sonra proessor M.Babanlı iştirakçıları maraqlandıran suallara ətraflı cavab verib.Görüşün sonunda iki universitet arasında təhsil və elmin bütün sahələrini əhatə edən, müəllim və tələbə mübadiləsini nəzərdə tutan ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler