Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU-da ZU ve BBA proqramları üzre tehsil alan telebelerle görüş keçirilib

29 Eylül 2016

5:20 pm


29/09/2016 [21:19]: xeber –
Sentyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ən çox tələbəyə malik İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin birinci kursları və ZU(Zigen Universiteti) və BBA (Corciya Universiteti) proqramı üzrə təhsil alan tələbələrlə görüş keçirilib.Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Namiq Gəncəyev, İnformasiya Texnologiyaları və İdarəetmə (İTİF) fakültəsinin dekanı, dosent Səməd İmaməli oğlu Yusifov və universitetin fəal gəncləri iştirak edib.Tərbiyə işləri üzrə prorektor Ata Babayev tələbələri universitetə daxil olmaqları münasibəti ilə təbrik edərək onları universitetin daxili nizam-intizam qaydaları ilə tanış edib. ADNSU-nun yeganə məramının elm və təhsilin vəhdəti ilə birlikdə gələcəyə yüksək intellektə malik gəncləri yetişdirmək olduğunu vurğulayan prorektor bu uğurda universitetin gördüyü işlər barədə gənclərə məlumat verib.Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Namiq Gəncəyev universitetin keçmiş məzunları və tarixi barədə geniş məlumatla çıxış edib. Gənclərin dərsdən kənar boş vaxtlarını daha səmərəli keçirmələri üçün onlara universitetdə fəaliyyət göstərən klub və dərnəklər eyni zamanda “Gənclik” mahnı və rəqs ansamblı haqqında məlumat verib. Universitetin fəal gənclərini və Tələbə Həmkarlar İttifaqı komitəsinin fakültələr üzrə sədrlərini birinci kurslarla tanış edən Namiq Gəncəyev bütün tələbələri universitetin həyatında fəal iştirak etməyə çağırıb.Sonda tələbələrin sualları cavablandırılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler