Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU-da “Oracle” tehlükesizlik mütexessisi Pete Finnigan ile görüş keçirilib

22 Ekim 2016

1:28 pm


22/10/2016 [17:24]: xeber –
Oktyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Oracle İstifadəçiləri qrupunun (Azerbaijan Oracle User Group) və ADNSU İnformasiya Texnologiyaları (İT) Departamentinin təşkilatçılığı ilə dünyanın 1 nömrəli “Oracle” təhlükəsizlik mütəxəssisi sayılan Pete Finniganın tələbələrlə görüşü keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, ADNSU-nun İT departamentinin direktoru Elnur Səfərli, “Azerbaijan Oracle User Group”-un rəhbəri Kamran Ağayev də iştirak edib.Tədbiri giriş sözü ilə açan dosent Ata Babayev bu cür seminarların ADNSU-da keçirilməsinin əhəmiyyətindən danışıb. Qonaqları tələbələrə təqdim edən A.Babayev onların bu cür mütəxəssislərdən çox şey öyrənə biləcəyini vurğulayıb.Seminarda iştirak edən hər kəsə öz minnətdarlığını bildirən “Azerbaijan Oracle User Group”-un rəhbəri Kamran Ağayev tələbələrə Oracle haqqında geniş məlumat verib.Daha sonra Oracle təhlükəsizliyi sahəsində mütəxəssis olan Pete Finnigan təhlükəsizlik mövzusunda çıxış edib.Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler