Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU –da “Müellimler günü” münasibetile tedbir keçirilib

05 Ekim 2016

12:00 pm


05/10/2016 [16:00]: xeber –
Oktyabrın 5-i  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  “ Müəllimlər günü” müansibətilə tədbir keçirilib.   ADNSU-nun rektoru prof Mustafa Babanlı  müəllimlər günü münasibətilə bütün müəllim və professor heyətini  təbrik edib.     Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını müəllim peşəsinə verilən ən böyük diqqət kimi qiymətləndirib.  Prof  M. Babanlı ADNSU  kollektivindən  Xəlifəzadə Çingiz Müzəffər oğlunu Prezident tərəfindən əməkdar elm xadimi adı alması münasibətilə təbrik etdi və  universitetimizin  əməkdaşının belə şərəfli ad almasını həm də universitetin uğuru hesab etdiyini bildirib.ADNSu müəllimlərinin beynəlxlaq və yerli layihələrdəki uğurlarından danışan rektor prof  M. Babanlı  müəllimlərin problemlərinə də toxunub.  Müəllimlərin əmək haqqları məsələsinə də toxunub. Rektor qeyd edib ki,  müəllimlərin  diferensial əmək haqlarına keçirilməsi nəzərdə tulur.    Daha sonra rektor  müəllim peşəsinin nə qədər şərəfli və eyni zamanda olduqca məsuliyyətli olduğunu diqqətə çatdırıb. Xüsusilə də ali məktəb müəllimlərinin daha çox məsuliyyət daşıdığını deyib.“ Ən vacib  məqam peşəkar müəllim adına layiq olmaqdır. Müəllim adı ən şərəfli addır. Ulu öndər sağlığında qeyd etmişdir ki, “ Mən müəllim  peşəsindən şərəfli peşə tanımıram.”  Həqəqətən də müəllim ən ali peşədir. Çünki hər kəsin müəllimi olur.  Prezidentin də alimin də. Bu səbəbdən də müəllim işi məsuliyyət və etimad deməkdir.” Rektor sonda ADNSU-nun bütün müəllim heyətinə bu şərəfli və çətin işdə  müvəffəqiyyətlər arzuladı, gələcək fəaliyyətlərində onlara uğurlar dilədi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler