Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU-da Kimya Texnologiya fakültesinin birinci kurs telebeleri ile görüş olub

21 Eylül 2016

3:52 pm


21/09/2016 [19:51]: xeber –
Sentyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya Texnologiya fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Namiq Gəncəyev və universitetin fəal gəncləri iştirak edib.Gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edən Tərbiyə işləri üzrə prorektor Ata Babayev onlara ADNSU-nun nizam-intizam qaydaları haqqında məlumat verib. Prorektor tələbələrə keyfiyyətli təhsil almaları və gələcəkdə yaxşı mütəxəssis olmaları üçün tövsiyyələr verib, universitetin qoruduğu mənəvi dəyərləri davam etdirməyin onların mənəvi borcu olduğunu qeyd edib. Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Namiq Gəncəyev birinci kurs tələbələrinə universitetin tarixindən və ADNSU-nun tanınmış məzunlarından danışıb. Daha sonra universitetdə fəaliyyət göstərən dərnəklər barədə geniş məlumat verən Namiq Gəncəyev universitetin fəal gənclərini və Tələbə Həmkarlar İttifaqı komitəsinin fakültələr üzrə sədrlərini birinci kurs tələbələri ilə tanış edib.Sonda tələbələrin sualları cavablandırılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler