Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU-da “Horizon-2020” çerçive proqramına hesr olunan 2 günlük konfrans başa çatıb

16 Eylül 2016

2:12 pm


16/09/2016 [18:11]: xeber –
Sentyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa İttifaqının “Horizon-2020” Tədqiqat və İnnovasiya proqramı çərçivəsində keçirilən 2 günlük konfrans öz işini yekunlaşdırıb.Konfransın 2-ci günündə Gürcüstan və Ukraynadan olan nümayəndələr, layihə üzrə ekspertlər, eləcə də ADNSU-nun professor və müəllim heyəti və digər ali məktəblərin nümayəndələri iştirak edib.Konfransı giriş sözü ilə açan Avropa Birliyinin “Horizon-2020” Elmi Tədqiqat və İnnovasiya proqramının Azərbaycan üzrə milli təmsilçisi, texniki elmlər namizədi Tofiq Babayev “Horizon-2020″-nin büdcəsi və layihələrə ayrılan vəsaitlər haqqında məlumat verib.T.Babayev proqramda 14 milli təmsilçimizin olduğunu və 11 layihədə iştirak edildiyini diqqətə çatdırıb.”Horizon-2020” Elmi Tədqiqat və İnnovasiya proqramı çərçivəsində görülən layihələrdən danışan Gürcüstan və Ukraynalı nüumayəndələr proqrama qəbul olunma tarixi və rəsmi statistik məlumatları konfrans iştirakçıları ilə bölüşüblər.Konfransda iştirakçılara layihəyə qoşulmaq, partnyor axtarışı və maliyyə dəstəyi almaq üçün keçirilən proseslər həmçinin onlayn təlimat haqqında geniş məlumat verilib.Konfransın sonunda “Horizon-2020” Elmi Tədqiqat və İnnovasiya proqramına təqdim olunan layihələr müzakirə edilib. ADNSU-nun 4 əməkdaşının təqdim etdiyi layihə ekspertlər tərəfindən bəyənilərək təqdim olunması və qrant ayrılması üçün “Horizon-2020” çərçivə proqramına göndərilib.Qeyd edək ki “Horizon-2020” və ya Avropa İttifaqının Elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə səkkizinci çərçivə proqramı Avropa tədqiqat məkanında elmi axtarışların dəstəklənməsi və təşviq olunması üçün Avropa Birliyinin yeddillik maliyyələşmə proqramıdır. 2014-2020-ci illəri əhatə edən Proqramın büdcəsi 80 milyard avrodur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler