Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU-da “ Energetikler günü”ne hesr olunmuş tedbir keçirilib

20 Ekim 2016

1:20 pm


20/10/2016 [17:16]: xeber –
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı oktyabrın 20-də “Energetiklər günü” münasibətilə universitetin Energetika fakültəsinin professor və müəllim heyəti ilə görüşüb. Rektor, prof. M.Babanlı tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib və Azərbaycanın inkişafında energetikanın və energetiklərin danılmaz rolu olduğunu vurğulayıb. ADNSU-da respublika iqtisadiyyatı və sənayesində aparıcı mövqeyə malik energetika sahəsi üçün kadrların hazırlanmasını mühüm hal kimi dəyərləndirən rektor vaxtilə Azİİ-nin bu sahədə qazandığı uğurlarının geri qaytarılacağını bildirib.“Hər şey energetikadan başlayır. Bu sahə üçün kadrların hazırlanmasının ADNSU-da həyata keçirilməsi xoşbəxtlikdir. ADNSU energetika sahəsində əldə etdiyi uğurları itirmək üzrə idi. Amma biz bu uğurları daha da inkişaf etdirib geri qaytarmağa nail olacağıq. Ulu öndər Heydər Əliyev energetika sahəsinə həmişə yüksək diqqət ayırıb, indi onun yolunu davam etdirən Prezident İlham Əliyev də energetikaya böyük qayğı və diqqət göstərir”- deyə rektor vurğulayıb.Daha sonra rektor, prof. M. Babanlı energetika sahəsindəki problemlərdən, alternativ enerji mənbələrindən və enerji məsələlərindən danışıb. Universitetin ən uğurlu layihəsinin bu ildən məhz energetika fakültəsindən başlanması qərarına gəlindiyini qeyd edən rektor həmin layihə sayəsində tələbələrlə müəssisələr arasında əlaqələrin genişlənəcəyini bildirib.“Bakı üzrə 20-dən çox müəssisə arasında artıq müqavilə imzalanamaq üzrədir. Energetika fakültəsinin tələbələri həmin müəssisələrdə semestr boyunca hər həftə təcrübə keçəcəklər”- deyə rektor M. Babanlı qeyd edib.Bakalavr və magistrların işlə təmin olunması məsələsinə toxunan rektor ADNSU-nun uğurlarından, gələcək layihələrdən, tətbiq olunacaq təhsil proqramlarından və artıq tətbiqinə start verilən “elektron univeristet” layihəsindən danışıb. Rektor M. Babanlı ali məktəbdə Lester universitetinin tədris mərkəzinin açılmasının və Elmi istehsalat tədris mərkəzinin yaradılmasının da nəzərdə tutulduğunu bildirib.Tədbirin sonunda rektor, prof. M.Babanlı energetiklərin peşə bayramı münasibətilə energetikləri bir daha təbrik edib. Görüş energetika fakültəsinin professor və müəllim heyəti ilə diskusiya şəraitində davam edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler