Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADNSU-da birinci kurs telebeleri ile görüş keçirilib

19 Eylül 2016

1:52 pm


19/09/2016 [17:48]: xeber –
Sentyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Geoloji Kəşfiyyat” fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Namiq Gənciyev, “Geoloji Kəşfiyyat” fakültəsinin dekanı, dos.Nəriman Nərimanov və “Ümumi İşlər üzrə” prorektor Fariz Mustafayev iştirak edib.Tədbiri giriş sözü ilə açan prorektor Ata Babayev gəncləri universitetin tələbəsi adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Tələbələri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edən prorektor Universitetin qoruduğu mənəvi dəyərləri davam etdirməyin onların mənəvi borcu olduğunu qeyd edib.Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Namiq Gənciyev tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün universitetdə fəaliyyət göstərən “Maqnat” intellektual klubu, “Şən və Hazırcavablar”, Debat, İdman klubları və “Gənclik” mahnı və rəqs ansamblı haqqında geniş məlumat verib. Universitetin idman klubunun 12 idman növü üzrə (futbol,basketbol,voleybol,stolüstü tennis,güləş,cüdo,üzgüçülük,şahmat,dama və s.) fəaliyyət göstərdiyini qeyd edərək tələbələri fəal surətdə universitetin ictimai həyatında, idman klubunda, eləcə də digər dərnək və klublarda iştirak etməyə çağırıb.ADNSU-nun “Geoloji Kəşfiyyat” fakültəsinin dekanı, dos.Nəriman Nərimanov ölkənin inkışafında tələbələrin böyük rolu olduğunu, bunun üçün onların 4 il ərində yüksək biliyə, intellektə yiyələnməli olduqlarını qeyd edib. Universitet tərəfindən tələbələrin yüksək təhsil alması üçün geniş şəraitin yaradıldığını qeyd edən dosent N.Nərimanov birinci kurslara müvəffəqiyətlər arzulayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler