Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Adı göy üzünden, Oğuzlardan gelen Qaqauz…

07 Ağustos 2016

8:40 am


07/08/2016 [12:37]: xeber –
(Qənirə Paşayeva ilə addım-addım Qaqauz Yeri)1-ci YazıBülbül, sənin bilginmi var?Baxçalarda yurdunmu var?Mənciləyin, dərdinmi var?Ötmə, bülbül, Mənim dərdim mənə yetər, Yetər də, günü-gündən artar.Bir qaqauz türkləri şərqisidi bu… Şərqidən daha çox könül acısı, ürək yanğısıdı, hey dinər, dinər! Hər oxuduqları mahnıda, ötdükləri havada quş olmaqdı, doğma yurd-yuvaya tuş olmaqdı istəkləri:Aman, Allahım, Allahım, Yaratsana məni bir quş;Bir quş-qanadı gümüş. Mən də uçub gedəyimAnacığımın məzarına, Anacığımın torpağına…Bunu mənim öz doğma ləhcəmdə, türkcəmdə oxuyurlar. Tarix kitablarının verdiyi bilgilər bir ayrı, dönüb də yenidən baxdığım sənədli filmlərin şəhadəti bir yana, özümün gəzib-dolandığım Qaqauz Yeri Muxtar Respublikasını (Moldova) belə gördüm, belə tanıdım. O gözəlim diyarın 200 minlik sakinlərini bizim məşhur, dillər əzbəri “Kitabı-Dədə Qorqud” dastanlarından adı bəlli olan Oğuz elinin dil, mənəviyyat, ruh daşıyıcıları kimi gördüm. Qaqauz Yerinin sərhədləri xaricində isə 300 min nəfərdən çox qaqauz türkü yaşayır. 250 mini MDB məkanı boyunca səpələnib. Böyük bir qismi Moldovanın bir sıra digər bölgələrində yaşayır. Bundan başqa, Ukraynanın Odessa və Zaparojye bölgələrində, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistanda da qaqauz türkləri kəndləri var. MDB və Şərqi Avropa ölkələrində də səpələnmiş halda xeyli sayda qaqauz türkü yaşayır. Gənc yaşlarımdan dastanlarından, əfsanə və nağıllarından, zəngin ədəbiyyat nümunələrindən, mahnılarından bilirdim qaqauz türklərini. Sonra Allah nəsib etdi, getdim və hər tərəfini gördüm, adamlarla söhbət etdim. Ötən əsrin 80-ci illərindən başlayaraq Azərbaycan televiziyası və radiosu qaqauz türkləri haqqında sistemli müəllif verilişləri yayımlayardı. Maraqla baxardıq. Dillərimizin doğmalığı heyrətləndirərdi bizi. O zaman heç ağlıma da gəlməzdi ki, bir gün qonaq gedəcəyəm qaqauz türklərinə. Komratda olacam bir gözəl gündə… Az qala qoşulub şərqiçilərə nəğmə oxuyacam mən də elə bir ucdan:Salxımın ardındaSabah işıldayır – Ça-xeya, ça-xeya…Bir erkən arabaDan dınqırdadır – Ça-xeya, ça-xeya…Görkəmli qaqauz şairi Dmitri Qara Çoban “Batrak türküsü”nü beləcə yazıb. Nə dilimizə çevirməyə ehtiyac var, nə ləhcə fərqi axtarmağa. Ləhcələri tam yaxındı bizə Kərkük türkmanları kimi. “Batrak türküsü”nü yazan şairin soy-kökü, təxəllüsü “Kitabi-Dədə Qorqud”dan gəlir. Adı ya Dilavərdi, ya da Divanoğlu… Vaxt-zaman, tarixi basqılar onu “Dmitri” adıyla əvəzləyib. Başqa birisini Vasili edib; Vasili Filioğlu, şairdi, şerini, sözünü bilənlər bilir:Dediyiniz o vaxt gəldi, Doğma torpağım, Günəşə dəyişməm səni…Hansı oğul öz yurdunu günəşin özünə dəyişibdi ki?! Bunu zaman deyir, tarix söyləyir. Canım qaqauz tədqiqatçıları qaqauzları oğuzların törəmələri hesab etməyib neyləməlidirlər ki? Bu bir tarixi həqiqətdir! Qaqauz, Qaqouz adının Qaq anlamının qədim oğuzlarda “haqq, əsl, öz” mənalarında işləndiyi bilinməkdədi.“BUNA KARSIN YOLU DERLƏR…”Bu duyğulu misra qaqauzların “Osmanlı-rus müharibəsinə aid dastan”ından keçir. Daha çox zamanın gərdişini, vaxtın və baxtın gidiliyini ehtiva edir özündə. Bədii məziyyətlərindən daha çox, tarixi həqiqətləri ilə yadda qalır:Alaca dağında vardı gözəli, Sağ-salamat gəlir cibi paralı.Səfil Nizam gedər topuğu yaralı,Buna Karsın yolu derlər. Gedən gəlmədi, yıxılasınız, Hey, qara dağlar, əsgər qalmadı.Bu rusun zakonu zordu, Qorxuram ölərəm……Qara dağ başında bir uzun tavla,Əsgərdən qaçanlar qolları bağlı….Süngülü tüfəngi alam əlimə,Qanlı qılıncımı bağlayım belimə.Varna qalasının viran görkəminə də eyni iç yanğısı ilə ağı deyib, diz döymüşdülər eli yağmalanan, tifağı viran edilən qaqauz türkləri. Günləri göy əskiyə büküləndə ürəklərindən keçənləri şeirə, nəğməyə tökmüşdülər. Belə, bu cür:Varna kimi qala yoxdu, İçində timarı çoxdu.Varnaya imdat yoxduBiz varnalıyıq, ağalar – İmdad Varnaya…Varna Qalataya baxar,Arasında dərə axar,Gəmilər Varnanı yaxar,Padşahlar,İmdat Varnaya.Varnanın ətrafı dəniz,Varnanı sarıbdı donuz.Verin təbəələrə omuz……Düşmən və kafir MoskvaDənizdən və qurudanToplardan gülləni saçar…Varnanın ətrafı çadır,İçində Osmanlı yatır. Gavur Moskva bilməz xatır,Biz varnalıyıq, bəylər!Qaqauzların “Varnanın mühasirəsini yad edən türkü”lərindəndi. Bir az sözümün önünə çəkdim. Ancaq bunlardan da öncə olanlar, baş verənlər var. Yazmasaq, deməsək olmaz…ADI GÖY ÜZÜNDƏN, OĞUZLARDAN GƏLƏN QAQAUZUzların (Oğuzların) törəmələri olaraq bəhs edilir qaqauzlardan. Qaqauz adının Gök Oğuzdan gəlmə olduğunu bildirir tarixçilər, araşdırmaçılar. D.N.Tanasoğluna aid fikirləri müdafiə edən Əbdülməcid Doğru isə “Qaqauz” adının Haqq Oğuz mənası daşıdığını iddia edir. Bir yolçuluq boyu bunca tarixi nəzərdən keçirmək bir az da zordur. Ancaq olmuşun necə var olduğunu oxuyub-bilmək vacibdir. Bir köynək daha yaxın, daha doğmadır qaqauz adı bizlərə. Qaqauz sözünün “Kök üz”, “Göy üz”, Göy Oğuz, Haqq Oğuz, Qaq oğuz sözlərinin assimilyasiyası sonucunda yarandığı bilinməkdədi. Ən əsası, bilinən odur ki, qaqauzlar uzların (oğuzların) törəmələridirlər. Öz doğma kökümüzdən-soyumuzdan gəlirlər. Bu, tarixin ilk versiyası, ən ağlabatan yozumudur. Fərqli mülahizələr də var; Məsələn, tarixi mənbələr şəhadət verir ki, Sarı Saltuk liderliyi altında qaqauzlar Səlcuqlu sultanı II İzzəddin Keykavusun arxasınca Dobrucaya gələrək orada məskunlaşan Anadolu Səlcuqlu türklərinin törəmələridir. Bu baxımdan güman edirlər ki, “Qaqauz” adı “Keykavus”dan əmələ gəlmişdir. Səlcuqlu tarixini incələyən Balasçev bu fikirdədi. Və onun bu barədə yazdıqları Qərb tarixçiləri tərəfindən dəstəkləməkdədir. Qaqauzlardan türkləşmiş bolqarlar kimi bəhs edənlər də var. Bu fikir müxtəliflikləri öz yerində… Ancaq gerçəklik ondan ibarətdir ki, çağdaş qaqauz tədqiqatçıları birmənalı olaraq qaqauzların məhz oğuzların törəmələri olduqlarını iddia edirlər. “Qaqauz” adının isə “haqq oğuz”dan gəlməsi qənaətlərində israrlıdırlar. Mütəxəssislər “Qaqoğuz, Qaqouz” adlarının “Qaq” qisminin qədim Oğuzlarda “əsl”, “öz” mənalarında işlətdiyini önə çıxarırlar. Birmənalı şəkildə isə qaqauz sözünün “Əsl Oğuz” mənasında işləndiyi söylənməkdədir. Hər halda, məşhur araşdırmaçı D.N.Tanasoğlu belə şərh verir, Əbdülməcid Doğru onun bu fikrini müdafiə edir. Əbdülməcid Doğrunun fikrincə, zamanında xristianlığı qəbul edən Oğuz türkləri özlərini müsəlman Oğuzlardan ayırmaq üçün qaqauz adlandırmışlar. Əksər araşdırmaçılar qaqauzların oğuzlardan gəldiyini təsdiqləyir. Qəbul edilməyən yeganə fikirsə “haqq oğuzlar” yozumuyla bağlıdı. Ona görə ki, mütəxəssislər bir xalqın adını öz dilində işlədilməyən sözlə ifadə etməsini heç vəchlə doğru saymırlar. Ən doğru nəzəriyyə isə qaqauzların peçeneqlər, uzlar (oğuzlar) və qıpçaqlarla birlikdə Anadolu Səlcuqlularının Sultanı II İzzəddin Keykavusun (1236-1276) ardınca Dobrucaya gələn Səlcuqlu türklərinin törəmələri olmasıdır. Özlərinə Göy Oğuz dedikləri üçün simvol olaraq Türklərin ortaq atası Gök börüyü seçmişlər. Bu türk topluluğu tarix boyu Bizans, Səlcuqlu, Osmanlı, bolqar, rumın, rus idarəçiliyi altında qalaraq din, dil və mədəniyyət assimilyasiyasına məruz qalmış, bununla belə, böyük bir topluluq olaraq öz varlıqlarını hifz edə bilmişlər. Uzların (qaqauzların) qaraqalpaqların təşəkkülündə iştirak etmələri tarixin gerçəkliyidi. Rusların təsiri altında xristianlaşan bu oğuzlar 1233-cü ildə ruslardan və qıpçaqlardan təşkil edilən ordunun monqollar tərəfindən darmadağın edilməsi nəticəsində kütləvi şəkildə köç etmək məcburiyyətində qalaraq ikinci dəfə Dunayı keçmiş və türklərin çoxluq təşkil etdikləri Dobrucada məskunlaşmışlar. Mədəniyyət, ədəbiyyat, adət-ənənə baxımından Anadolu türklərinə daha çox yaxındırlar; bir ət, bir dırnaq kimi! Elə bu səbəbdən də XVIII əsrdə qısa fasilələrlə davam edən Osmanlı-rus müharibələrindən sonra rusların təşviqi, bolqarların təsirilə Dobruca və Balkan yarımadasının müxtəlif bölgələrindən köç etməyə başlamış, əsasən Moldovada məskunlaşmışlar. Ədalət naminə demək lazımdır ki, Moldova boyarları bu köç əsnasında qaqauzlara xüsusi bir doğmalıqla qayğı göstərmişdilər. Eyni zamanda 1774-cü ildə Kiçik Qaynarca sülhünün bağlanmasında bu köçün önəmli rolu olmuşdur. Qaqauz şairi Dəniz Tanasoğlunun şeirindəndi bu səmimi seçmələr:Sənsizlik – təknə xəmirsiz, çeşmələr susuz kimi…Sənsizlik – arı çiçəksiz, bülbül mahnısız kimi… …Sənsizlik – Gündüz günəşsiz kimidi, Anam, vətənim, yaşamaq yoxdu sənsiz!Bu şeirin hər məqamında doğma, sevimli Qaqauz yurduna bir dünyalıq sevgi, sayğı hissi ifadə olunmaqdadı. D.Tanasoğlunun şeiri, ruhun dərinliklərindən gələn misralarının davamı ünlü qaqauz şairi N.Babaoğlundan gəlir, eyni duyğusallıq, vəfadarlıq hissilə: Sevdim, sevirəm, sevəcəmbu masallı torpağı… Harda gəzsəm gəzəcəyəm,bu masal dadlı… Sevməmək, sadəcə, mümkün deyil insana qanad olan bu əsmər bənizli torpağın ruha dad verən bənzərsiz gözəlliklərini. Hər qədəmində, ruhun dincəldiyi hər hücrəsində bir “Batrak türküsü” keçir könüldən: Salxımın ardındaSabah işıldayırÇa-xeya, ça-xeya…Bir erkən arabaDan dınqıldadır – Ça-xeya, ça-xeya… Güclə seçilirİrəlidə yol Ça-xeya, ça-xeya.Vaxt-bivaxt ünlü qaqauz şairi D.Qara Çobanın isti misraları ilə qarşılar öz müsafirini Qaqauz torpağı: Gəl, qardaş ərkiylə, Bacı doğmalığıyla… Gəl ki, gül üzünəqapım açıqdı… Çörəyim istidi, Süfrəm doludu!Torpağa, el-obaya xoş niyyətlə, dostcasına gələnləri belə qarşılayır qaqauzlar. “Hərbə qarşı torpağa sülh əkənlər üçündü ev-eşikləri”. Bunları da D.Qara Çoban yazır. O gözəl, səmimi, xoş amaclı şeir öz yerində, ancaq mənim üçün müəllifin adının Qara Çoban olmasının bir özgə, xüsusi doğmalığı var. Ana kitabımız “Dədə Qorqud dastanları”ndan gələn adımı əziz tuturam. Eyni zamanda bir xalqa iki cür tale yazanların siyasi iblisliyi göynədir iç dünyamı; səbəbini yazmağı heç istəmirəm. Ancaq bunsuz da olmur. Sadəcə, qəlbi böyük vətəndaşlıq duyğusu ilə döyünən, soyu soyumuzdan gələn bu ünlü şairlərin adlarına nəzər yetirmək bəs edər ki, qəlbimin üşəntisini duymuş olasınız: Nikolay Babaoğlu, Dmitri Qara Çoban, Stepan Küroğlu, Vasili Filioğlu adıyla yazıb-yaradır bu şairlər. Doğma Beşalma şəhərini beləcə təsvir edir, öyüb-oxşayır Vasili Filioğlu:Doğma torpağım, Günəşə dəyişməm səni…Mənim Beşalmam, Xoş gününə şeir yazıram, Dinlə, gözəl anam, Mənim Beşalmam!Bir ayrı səmtini “Əziz Bucaq diyarım” deyə vəsf edir şair. Bu adlar, sözlər doğmalığında yaşanan ayrılıq, uzaqlıq üşüdür könlümü. Tarix boyu müxtəlif imperiyaların əsarətində qalan qaqauz qövmünün din, dil və mədəniyyət assimilyasiyasına, təzyiqlərinə məruz qaldığını yuxarıda nəzər saldığımız ədəbi nümunələr göz önünə gətirməkdədi. Tarix qan ağlayır yada saldıqca. Bir qövmü gör neçə səmtə çəkən var; hələ “qaqauzlar türkləşmiş bolqarlardı” fikri bir yana…(Davamı var)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler