Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADAU-da “Silahlı Qüvveler Günü” münasibeti ile tedbir keçirilib

24 Haziran 2016

10:16 am


24/06/2016 [14:15]: xeber –
“İctimai elmlər və Multikulturalizm” kafedrası Aqrar iqtisadiyyat fakültəsində 26 iyun – “Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirib.ADAU-nun mətbuat xidmətinin xəbərinə görə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. “İctimai elmlər və Multikultrualizm” kafedrasının müdiri, dosent A. Bayramov tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. A. Bayramov deyib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir.“İctimai elmlər və Multikulturalizm kafedrasının” müəllimlərindən dosent N.Əlizadə, baş müəllim S.Qasımova, müəllim S.Abdullayeva, müələllim E.Aslanov çıxış edərək Silahlı Qüvvələrimizin keçmişi və bu günü haqqında ətraflı danışıblar. Düşmən tapdağı altında olan ərazilərimizin tezliklə işğalçılardan azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə etdiblər.Nümayiş olunan video çarx tədbir iştirakçılarda böyük marağa səbəb olub.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler