Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ADAU-da Aqronomluq fakültesinde Müsteqillik günü qeyd olundu

18 Ekim 2016

12:04 pm


18/10/2016 [16:01]: xeber –
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində Müstəqillik gününə həsr olunan tədbir keçirilib. Tədbir dövlət himni ilə başlayıb.ADAU-nun mətbuat xidmətindən bildirilib ki, fakültənin dekanı dosent Məhərrəm İsmayılov “Müstəqilliyimiz, varlığımız, gələcəyimiz, xaqımızın əbədi yaşayış tərzidir” mövzusunda çxış edib. Birinci kurs “Su bioehtiyatları və akvabitkilər “ixtisasının tələbəsi Şamil Səfərov və “Ekologiya” ixtisasının tələbəsi Cavidan Ağazadə isə müstəqilliyin bəxş elədiyi xoş gələcəkdən danışıblar. Bildiriblər ki, müstəqilliyimizin memarı Ümummilli lider Heydər Əliyevdir və bu dahinin xalqımızın qarşısında xidmətləri böyükdür. Ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət isə müstəqillin ədədi olacağını təmin edir.Tələbələrdən A. Novruzova, N. Əslibəyova , Z. Balakişiyeva , N. Verdiyeva D. Hüseynova, F. Bayramova, E. Aslanova, T. Bağırova və H. Cəfərov müstəqiliyiə həsr edilən şerlərdən ibarət kompazisiyalar təqdim ediblər.Sonra fakültənin ixtisasları üzrə təşkil edilən komandalar arasında müstəqillik gününə aid intelektual yarış başlayıb. Yeddi komanda arasında keçirilən yarışda aqronomluq ixtisasının azərbaycan bölməsinin “Aqronomlar” komandası 1-ci yerə, aqronomluq ixtisasının rus bölməsinin “Vətənpərvərlər ” komandası 2-ci yerə , torpaqşünaslıq və aqrokimya ixtisasının “Kaspian” komandası 3-cü yerə layiq görülüb.Tədbirin sonunda qaliblər fəxri fərmanlarla təltif ediliblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler