Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Adama deyerler ki, eger dönük deyilsense…”

20 Eylül 2016

10:52 am


20/09/2016 [14:49]: xeber –
İşimizə-gücümüzə bax, hacı, kərbəlayi, məşədi, seyid titullarının spekulyasiyasından canımızın boğzımıza yığışmağı az imiş, indi də ünvanıma xüsusi bəyanatla müracət edənlərin biri özünü “Səfəvi soyunun mürşidi” adlandıraraq tarixlə bağlı bəyənmədiyi fikirlərimə görə bəndənizi “dönük” adlandırır. Bu məxluğun adı Xaliq Səfəvidir. Hüquq üzrə fəlsəfə doktorudur. Bu nadana elmi titulu kim veribsə, Azərbaycan elminə həqiqətən yazığı gəlməyib. Mənim müsahibə, məqalə və kitablarımla tanış olanlar birmənalı şəkldə görərlər ki, Azərbaycan türklərinin gerçək tarixi ilə bu günü arasında sağlam dialoq qurmaqdan başqa bir niyyətim yoxdur. O zaman mən də özümü prinsipcə “Türk soyunun mürşidi” adlandırmaq haqqını qazanmış oluram. Adama deyərlər ki, əgər dönük deyilsənsə, özünü Səfəvi soyunun mürşidi əvəzinə, elə Türk soyunun mürşidi adlandıraydın də… Allah sənə rəhmət etsin böyük Atatürk, necə ki, demisən, bu dünyada savaşların ən çətini cahilliyə qarşı açılan savaşdır. Mürşidi Xaliq Səfəvi olan soyun müridi də Dilavər Əzimli ilə Taleh Şahsuvarlı kimiləri olar.Fazil Mustafa, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler