Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Aclıq eden Çovdarov 12 kilo arıqlayıb – Sehheti pisleşib

30 Ağustos 2016

7:24 am


30/08/2016 [11:21]: xeber –
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov son 10 gündə 12 kiloqram arıqlayıb.sayt xəbər verir ki, bu barədə Lent.az-a onun vəkili Sadiq Rəsulov məlumat verib. Vəkil bildirib ki, A.Çovdarov saxlanıldığı Bakı 1 saylı İstintaq Təcridxanasında 10 gündür aclıq edir. S.Rəsulov bildirib ki, keçmiş MTN generalı avqustun 19-dan aclıq aksiyası keçirir: “Onun səhhətində də problemlər yaranıb, cinayət işi ilə tanış ola bilmir”.Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Çovdarovun aclıq etdiyi xəbəri təsdiqlənmir. Qurumdan Lent.az-a bildirilib ki, A.Çovdarov aclıq keçirdiyinə dair ərizə ilə müraciət etməlidir, lakin ondan bu barədə ərizə daxil olmayıb.Akif Çovdarov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.1-ci (Məcəllənin bu maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler