Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Acından bayılan ata, kimsesiz şeraitde ölen qardaş -Putinin dehşetli aile sirleri:

11 Ekim 2016

4:20 pm


11/10/2016 [20:17]: xeber –
Dünyanın hazırda ən çox gündəmdə olan siyasi simalarından olan Rusiya lideri Vladimir Putinin şəxsi həyatı, xüsusən də uşaqlıq illəri bu gün də sirr olaraq qalmaqdadır. Bir çox ölkələrdə Putinin uşaqlıq çağları barəsində ilginc iddialarla dolu yazılar yazılıb. Versiyaların birində Rusiya liderinin Vera adlı anasının hazırda Tiflis yaxınlığında bir kənddə yaşadığını və onu yoluxmağın qəti qadağan edildiyi vurğulanır. Başqa versiyada isə Putinin anasının 1998-ci ildə dünyasını dəyişdiyi yazılır. V, Putinin özü bir neçə il bundan əvvəl bioqrafiyası ilə bağlı yazdığı yazıda bir çox məqamlara aydınlıq gətirib. sayt xəbər verir ki, Putin atası haqqında danışarkən onun II Dünya Müharibəsi zamanı möcüzə nəticəsində sağ qaldığını, ölənə qədər bədənində qəlpə gəzdirdiyini deyib. O, məşhur məqaləsində atasının 1941-45-ci ildə sualtı gəmidə xidmət etdiyini və günlərin birində möhkəm yaralanandan sonra Sivostopol xəstəxanasına yerləşdirildiyini də qeyd edib. Putinin sözlərinə görə, atasının ayaqları kəsilməli imiş, lakin qarşısına çıxan yaxşı həkimin sayəsində bu fəlakətdən qurtulub. Putinin böyük qardaşı və anası haqqındakı qeydləri isə daha təsirlidir: 1945-ci ildə atam ağır yaralanandan sonra xəstəxanaya yatırılan vaxt böyük qardaşımın üç yaşı var idi. Anam və o aclıq içində yaşayırdılar. Anam qardaşıma birlikdə xəstəxanaya, atama baş çəkməyə gələrmişlər. Bu zaman atam xəstəxananın onun üçün ayırdığı çörək və qida payını gizlicə anama verərmiş. Anam da həmin payı gizlədərək xəstəxanadan çıxarmış. Bir müddət qardaşımla anam həmin qida ehtiyat ilə yaşayıblar. O zaman isə uzun müddət qidasız  qalan atamın acından ürəyi  gedir. Bunun səbəbini  sonradan anlayan həkimlər anamın xəstəxanaya gəlməsini qadağan edirlər. Putinin böyük qardaşının sonrakı  taleyi ümumiyyətlə acınacaqlı olur. Hələ müharibə bitmədiyi üçün  qardaşını anasından alıb kimsəsiz uşaqların  saxlanıldığı baxçaya yerləşdirirlər. Çox keçmir ki, şəraitsiz bir yerdə xəstələnən uşaq dünyasını dəyişir. Putinin böyük qardaşının məzarının da harada olması bilinməyib. Yalnız 1999-cu ildə  bir qrup şəxs tərəfindən Putinin qardaşının məzarı müəyyən edilib.  Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler