Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Acı gerçeklik genclerin exlaqı üçün mediadan daha tehlükelidir”

09 Ağustos 2016

8:36 am


09/08/2016 [12:34]: xeber –
Son vaxtlar bəzi millət vəkilləri
tərəfindən media və televiziyanın gənclərin əxlaqi tərbiyəsinə mənfi təsir göstərdiyi
ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır, doğrudanmı bu ölkədə uşaq və gənclərin
tərbiyəsi üçün zərərli olan yeganə faktor məhz budur? Həqiqətənmi bunun
xaricində gənclərin əxlaqi tərbiyəsinə mənfi təsir götərən heç bir amil yoxdur?

sayt-a açıqlama
verən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev mövcud
reallıqların bu baxımdan daha böyük təhlükə olduğuna diqqət çəkdi:

“Təbii ki, televiziya və sosial
şəbəkələr gənclərin əxlaqi dünyagörüşündə böyük rol oynayır. Bu, birmənalıdır. Lakin
bundan da təhlükəli tendensiyalar var. Bir uşaq görəndə ki, oxumayan, yaxud
pulla oxuyan və ya atası müəyyən vəzifə sahibi olan həmyaşıdı irəliləyir, yaxşı
yaşayır, bahalı avtomobillərdə gəzir, bu acı gerçəklik ona hər şeydən daha pis,
daha sarsıdıcı təsir göstərir. O zaman uşaqların, gənclərin psixologiyasi
deqradasiyaya uğrayır. O zaman həmin gənc və ya uşaq düşünür: axı necə olur ki,
mənim valideynlərim bütün günü işlədiyi halda evlərində heç nə yoxdur, lakin digər
uşağın valideynləri işləmədikləri halda hər şeyə sahibdirlər? Bax bu real gerçəklik
televiziya və sosisal şəbəkələrin yaydığı qeyri-əxlaqi təbliğatdan daha təhlükəlidir.
Odur ki, öncə bu mənzərəni dəyişmək lazımdır”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler