Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ üçün terror teşkilatı strateji müttefiqden niye önemlidir?

30 Ağustos 2016

11:48 am


30/08/2016 [15:46]: xeber –
Türkiyənin Suriyada həyata keçridiyi anti-terror əməliyyatları çərçivəsində
türk ordusunun sadəcə İŞİD-i deyil, həm də PYD-ni hədəf alması ABŞ-ın ciddi
narazılığına səbəb olub. Məhz bu səbəbdən də Pentaqon Türkiyədən dərhal hərbi əməliyyatları
dayandırmağı tələb edib.

Maraqlıdır, ABŞ-ın PYD-ni müdafiə etməsi nə ilə bağlıdır? Niyə
Pentaqon öz strateji müttəfiqini deyil, hansısa terror təşkilatını müdafiə
edir?

sayt-a açıqlama verən politoloq Zərdüşt Əlizadə məsələ ilə
bağlı maraqlı fikirlər səsləndirib:

“Məsələ bundadır ki, ABŞ hər zaman onun maraqlarına cavab verən hərəkat
və təşkilatları dəstəkləyib, onları müdafiə edib. Yəni nə ki, ABŞ-ın marağına
cavab verir, ABŞ elan edir ki, o düzdür və demokratikdir. Nə ki, ABŞ-ın
marağına cavab vermir, ABŞ onun səhv və anti-demokratik olduğunu bəyan edir.
80-ci illərin sonlarında erməni millətçiləri baş qaldıranda ABŞ bu hərəkatı
müdafiə edirdi. Çünki bu hərəkat mahiyyət etibari ilə SSRİ-ni dağıdırdı. Hətta
Ermənistanda yaşayan azərbaycanlılar deportasiya olunanda ABŞ Qorbaçovdan ermənilərin
müdafiəsini xahiş etmişdi. Bu gün də PKK və PYD-nin mövcudluğu ABŞ-ın marağına
cavab verir. Ona görə də Türkiyənin PYD-yə zərbə vurması onu narahat edir.

Doğrudur, Türkiyə ABŞ-la müttəfiqdir və öz siyasətində bunu nəzərə
alır. Lakin Türkiyə üçün daha önəmli olan Türkiyənin öz maraqlarıdır və Türkiyə
bu maraqları müdafiə etməyə qadir olan bir dövlətdir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler