Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ sefiri Bakıda iftar süfresi teşkil edib – FOTO

22 Haziran 2016

6:28 pm


22/06/2016 [22:25]: xeber –
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın igamətgahında müqəddəs Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil olunub.Tədbirdə millət vəkilləri, Azərbaycandakı dini icmaların təmsilçiləri, ölkəmizdə akreditə olunan diplomatk nümayəndəliklərin rəhbərləri iştirak ediblər.Tədbirdə çıxış edən səfir Robert Sekuta məclis iştirakçılarına dəvəti qəbul etdiklərinə görə minnətdarlığını bildirib.Səfir qeyd edib ki, Ramazan Azərbaycan və ABŞ müsəlmanları da daxil olmaqla, İslam aləmi üçün xüsusi bir aydır. O, bu ilin Azərbaycanda multikulturalizm ili elan olunması baxımından da xüsusi əhəmiyyət kəsb eydiyini bildirib.”Azərbaycan regionda və ondan kənarda mühüm rol oynayır”, – deyə ABŞ səfiri əlavə edib.R. Sekuta qeyd edib ki, Ramazan bayramı sayı 3 milyondan çox olan və 2050-ci ilədək iki dəfə artacağı proqnozlaşdırılan Amerikanın müsəlman icması tərəfindən də qeyd olunur.(report)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler