Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ respublikaçıları Trampın namizedliyinin leğvini müzakireye çıxaracaq – YENİLƏNİB

09 Ekim 2016

7:36 am


09/10/2016 [11:35]: xeber –
ABŞ Respublikaçılar Partiyasının rəhbərliyi sabah partiyanın Milli Komitəsinin iclasının çağırılması barədə qərar verib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, iclasda partiyanın ABŞ prezidentliyinə namizədi milyarder Donald Trampla bağlı məsələnin müzakirə olunacağı gözlənilir. Milli Komitənin üzvlərinə göndərilən elektron məktubda müzakirənin predmeti göstərilməyib. Ancaq Milli Komitənin bəzi hüquqşünasları hesab edirlər ki, iclas D. Trampla bağlı son qalmaqalla bağlıdır və D. Trampın namizədliyinin ləğvi müzakirəyə çıxarılacaq. Respublikaçılar Partiyasının Milli Komitəsinin iclasları çox nadir hallarda və çox vacib məsələlərlə əlaqədar çağırılır. Qeyd edək ki. Bundan əvvəl Respublikaçılar Partiyasının prezidentliyə namizədi D. Trampın başqa bir namizədlə əvəzlənməsi imkanlarını öyrəndiyi barədə məlumat yayılıb. Buna səbəb D. Trampın 2005-ci ildə qadınlar barədə söylədiyi təhqiramiz söhbətin ortaya çıxmasıdır. D. Tramp bunu inkar etməyib. Bununla belə, milyarder öz istəyi ilə heç bir halda seçki marafonundan çəkilməyəcəyini bəyan edib.  *** saat 07.59 Respublikaçılar partiyası Milli Komitəsinin (RNC) hüquqşünasları prezident seçkilərində Donald Trampı başqa namizədlə əvəzləmək imkanının hüquqi aspektlərini araşdırmağa başlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri məlumat yayıb.    Məlumata görə, RNC sədri Rinc Pribas bildirib ki, seçkiqabağı strategiyanı yenidən nəzərdən keçirmək üçün Komitənin cəmi 48 saat vaxtı var. Seçkilərə cəmi bir qalmasına, səsvermə bülletenlərinin çap olunmasına və bəzi ştatlarda vaxtından əvvəl səsvermənin başlanmasına baxmayaraq, Komitənin hüquqşünasları hazırda namizədin əvəzlənməsi məsələsini nəzərdən keçirirlər.   “Hüquqşünaslar ordusu əvvəlki namizədin kampaniyanı tərk etməsi və ya onun vəfat etməsi hallarında yeni namizədin irəli sürülməsinə icazə verən “doqquzuncu qaydanı” təhlil edirlər. Tramp seçki kampaniyasını tərk etmək niyyətində olmadığını bəyan edib, bu səbəbdən də partiya onunla işləməyi davam etdirəcək”, – deyə yüksək vəzifəli respublikaçı bildirib.   Partiyanın mərkəzi aparatı regional liderləri hələlik hazırkı kursu davam etdirməyə çağırıb. Partiyanın mətbuat katibi yaranmış vəziyyəti şərh etməkdən imtina edib.    Qeyd edək ki, Donald Trampın 11 il əvvəl qadınlar barədə səsləndirdiyi təhqiramiz ifadələrinin əks olunduğu videoçarx ABŞ-da rezonans yaradıb.  Həmin videoçarx dərc edildikdən sonra sutka ərzində 40-dək nüfuzlu respublikaçı onu dəstəkləməkdən imtina edib.   Trampı dəstəkləməkdən imtina etmiş respublikaçılar arasında nüfuzlu senator, 2008-ci ildə prezidentliyə namizədliyini irəli sürmüş Con Makkeyn, sabiq dövlət katibi Kondoliza Rays, Kaliforniyanın keçmiş qubernatoru, tanınmış aktyor Arnold Şvartsneqqer və sairləri var. Qeyd edək ki, Tramp seçki kampaniyasını tərk etməyəcəyini bəyan edib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler