Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ öz diplomatlarının ailelerini Türkiyeden niye çıxarır – QORXUNC ŞÜBHƏ…

27 Temmuz 2016
6:28 am


27/07/2016 [10:27]: xeber –
Dövlət Departamentinin bəyanatı qardaş ölkədə terror kabusunun dolaşdığını düşünməyə əsas yaradır; 15 iyul çevrilişi ilə bağlı istintaq daha da dərinləşir; Kılıçdaroğlu da Gülənin ekstradisiyasını tələb etdi ABŞ Dövlət Departamenti İstanbul və Ankarada fəaliyyət göstərən ABŞ diplomatlarının ailə üzvlərini Türkiyəni tərk etməyə, habelə ölkənin cənub-şərq bölgəsinə səyahət etməməyə çağırıb.“İnterfaks” agentliyi xəbər verir ki, Dövlət Departamentinin rəsmi saytında bu barədə deyilir:  “Dövlət Departamenti bu hadisələrin (baş tutmayan hərbi çevrilişin) ölkənin təhlükəsizliyi ilə bağlı ümumi situasiyaya təsirini diqqətlə izləməkdə davam edir və ABŞ vətəndaşlarına Türkiyəni ziyarət etmək planlarını yenidən gözdən keçirməyi məsləhət görür”.“Dövlət Departamenti ABŞ vətəndaşlarını Türkiyədə terrorçu təşkilatlar tərəfindən gələ biləcək təhdidlər barədə məlumatlandırmaqda davam edəcək” – deyə departamentin məlumatında vurğulanır.Xəbərdə ABŞ Dövlət Departamentinin bu qərarının Türkiyədə 90 günlük fövqəladə vəziyyət rejiminin elan edilməsindən sonra verildiyi bildirilir.ABŞ-dan Türkiyə ilə bağlı bu qorxunc xəbərdarlıq daha çox terror gözləntiləri ilə bağlı ola bilər. Çünki müşahidələrə görə Türkiyədə çevriliş planı məsələsi artıq bitib. Ehtimal edilir ki, Türkiyədə hansısa maraqlı qüvvələr sabitliyi pozmaq üçün terrora cəhd edə bilərlər. Bir məqamı da qeyd edək ki, Türkiyə aeroportundakı məlum terrordan hələ 20 gün qabaq ABŞ bu ölkədə terror ola biləcəyinə dair xəbərdarlıq etmişdi…  Bu arada Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Fəthullah Gülənin ABŞ-dan ekstradisiyasını tələb edib.“Anadolu” agentliyinin verdiyi məlumata görə, K.Kılıçdaroğlu qeyd edib ki, F.Güləni Türkiyədə mühakimə etmək lazımdır.Onun sözlərinə görə, əgər F.Gülən özünü günahsız hesab edirsə, Türkiyəyə gəlməli və məhkəmə qarşısında günahsızlığını sübut etməlidir.*    *   *“Türkiyədə hərbi çevrilişə cəhd edənlərə türk əsgəri demək günahdır”. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı söyləyib. Onun sözlərinə görə, bu şəxslər xaçlılarla ortaqdırlar və onların əllərində alətdirlər: “Bu maşaları tutan əllər kirlidir, əzəli və əbədi düşmənlərdir. Fətullahçı terror təşkilatı ölkəni öz ağuşuna alıb. Hər yerə yerləşdiriliblər. Onlar illərdir din pərdəsi arxasında gizlənib ortaya çıxmaq üçün uyğun zaman gözləyiblər. Dinlərarası dialoq uydurmasının da həyata keçirilməsi əbəs yerə deyildi. Onlar 3-cü minillikdə Asiyanın xristianlaşdırılmasına xidmət edənlərdən olublar. Türk dövlətinin kritik nöqtələrinə yerləşdiriliblər. Bu, qalanı içdən fəth etmək planıdır. Türkiyə ilə hesabı olanlar Güləni həmişə vasitə kimi istifadə ediblər. Heç bir çevriliş bizi 15 iyul qədər sarsıtmayıb. Bu, bizə görə işğal təşəbbüsüdür”. Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. *   *   *Gülən ABŞ hakimiyyətinə səsləndiTürkiyədə hərbi çevrilişə cəhddə əli olan Fətullah Gülən isə etiraf edib ki, həmişə Qərbi dəstəkləyib. “Trend”in verdiyi məlumata görə, bu barədə F.Gülənin “New York Times” qəzetinə verdiyi müsahibədə deyilir.Onun sözlərinə görə, Qərbin, həmçinin ABŞ-ın mötədil İslama həmişə ehtiyacı olub. F.Gülən ABŞ hakimiyyətini onu Türkiyəyə ekstradisiya etməməyə çağırıb.  *   *   *İstanbulun sabiq valisi saxlanıldıTürkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu saxlanılıb. Bu barədə “TRT Haber” telekanalı məlumat verib. Onu evində axtarış aparıldıqdan sonra saxlayıblar.Keçmiş vali Fətullah Güləni terror təşkilatına dəstək verməkdə ittiham edilir. Onu da qeyd edək ki, Türkiyədə 15 iyul hərbi çevrilişi ilə bağlı kütləvi həbslər hələ də davam edir.İyulun 23 və 24-də 42 jurnalistin həbs edilməsi haqqında məhkəmə qərar çıxarıb.Həmin jurnalistlərdən məşhur yazar Nazlı İlıcak iyulun 26-da Muğla vilayətinin Bodrum rayonunda həbs edilib.Xatırladaq ki, Nazıl İlıcak haqqında həbs qərarı ayın 25-də çıxmasına rəğmən polis kameralar vasitəsilə izinə düşdüyü jurnalisti qaldığı evdə və yaxtasında tapa bilməmişdi.Hüquq-mühafizə orqanlarının əməkdaşları  Nazlı İlıcakı dünən Bodrum-Torba yol qovşağında avtomobillə gedərkən saxlayaraq həbs edib.“Darbə” ilə bağlı aparılan istintaq isə getdikcə dərinləşir. Belə ki, 15 iyul dövlət çevrilişinə cəhddən sonra aparılan istintaq çərçivəsində Türkiyənin iki səfiri geri çağırılıb.Xarici İşlər Nazirliyinin qərarı ilə TC-nin YUNESCO-dakı səfiri Gürcan Balık və Kanadadakı səfiri Tuncay Babalı vəzifədən azad ediliblər.15 iyul hərbi çevrilişinə cəhdin aparıcı simalarından olan ordu generalı Akın Öztürklə bağlı da yeni faktlar ortaya çıxıb.Axar.az xəbər verir ki, qiyamçı generalın qonşusu M.S. adlı şəxs Akın Öztürkün dəfələrlə hakim, prokuror və yüksək rütbəli zabitlərlə görüşlər keçirdiyini bildirib.O, generalın 4 mərtəbəli evdə polis rəisləri ilə tez-tez görüşdüyünü və bu evdə əhəmiyyətli sənədlərin olacağını deyib.Qonşusunun ifadəsindən sonra polis Akın Öztürkün NATO Komandanlığından 2 kilometr aralıda yerləşən evində axtarışlara başlayıb və məxfi sənədlər ələ keçirib…Bir məqamı da nəzərə çatdıraq ki, çevriliş cəhdində iştirakla bağlı həbslər təkcə Türkiyədə aparılmır. Belə ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən iki türk general BƏƏ-nin Dubay şəhərində tutulub.“Report”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, tutulanlar Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrinin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuçdur.Məlumata görə, generallar Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Dubayda gizlənmək qərarına gəliblər. Onlar iyulun 26-da Türkiyəyə gətirilib.(Musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler