Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ ordusunda 15 min “mavi” xidmet edir- FOTOLAR

26 Haziran 2016

8:04 am


26/06/2016 [12:00]: xeber –
sayt -ın Ukrayna mediasına istinadla verilən məlumata görə, Pentaqon iyul ayıında açıq transgenderlərin (cinsiyyəti bəlli olmayan məxluqlar-S.L.) orduda qulluqçu personal qismində işə götürülməsinə qoyulmuş qadağanı tamamilə aradan qaldırmaq niyyətindədir. Bu haqda məlumat verən müdafiə naziri Eşton Karter belə tənzimlənməni köhnəlmiş və hərbçilər üçün zərərli hesab edir. Buna qədər də “mavilər” Amerika ordusunda xidmət edə bilərdilər. Lakin onlar öz transseksuallıqları barədə açıq danışa bilməzdilər. 2011-ci ildə bu qadağa qismən aradan qaldırılsa da, məhdudiyyətlər  qalırdı. Bu dəfəki qərarla isə cinsi azlıqların hüquqları müxtəlif aspektlərdən qorunacaq.    Bu informasiya cinsi azlıqların hüquqları uğrunda təbliğat aparanları çox sevindirib. Qadağanın aradan qaldırılması ötən ay Amerika ordusunun katibi Erik Fanninqin rəsmi olaraq vəzifəyə gəlməsindən sonra gündəmə gəlib. Buna qədər müdafiə nazririnin müavini vəzifəsini icra edən E.Fanninq  hazırda ABŞ Quru qoşunlarının naziri vəzifəsindədir. O, birbaşa Pentaqon rəhbərinə tabedir və quru qoşunlarının işini koordinasiya edir. Bu “mavi” hərbçi Pentaqon rəhbəri Eşton Karterin ən yaxın adamlarından hesab edilir. Müdafiə nazirinin sözügedən qərarını bir sıra siyasilər və senatorlar kəskin tənqid edərək bu amilin Amerika ordusunun müdafiə qabiliyyətinə güclü zərbə vuracağını qeyd ediblər.  Cinsi azlıqların bərabərliyi məsələləri üzrə Milli mərkəzin araşdırmalarına görə, hazırda dünyanın ən güclüsü hesab edilən ABŞ ordusunda 15 min “mavi” xidmət edir.Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler