Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ Mosulu İŞİD-den temizlemeye başladı

16 Ekim 2016

8:24 am


16/10/2016 [12:21]: xeber –
İraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinin şərq hissəsinə intensiv artilleriya zərbələri endirməyə başlayıblar.Bu barədə “Sputnik” agentliyinə İraqın təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.Məlumata görə, zərbələr həlledici əməliyyata başlanmazdan öncə müəyyənləşdirilmiş hədəflərin məhv edilməsi məqsədi ilə endirilir. Mənbə əraziyə koalisiyaya məxsus gücləndirilmiş aviasiyanın cəlb olunduğunu da qeyd edib.O da bildirilir ki, Türkiyə hərbçiləri yerüstü əməliyyatlarda iştirak etmirlər.Bundan əvvəl İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb.APA-nın verdiyi məlumata görə, qırıcı təyyarələrdən atılan vərəqələrdə qeyd edilib ki, Mosulun azad edilməsinə, regionda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə hazırlıq aparılır. Mosul sakinlərindən evlərini tərk etməmək, qapı və pəncərələri bağlamaq, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq xahiş edilib. Xəbərdarlıq vərəqlərdə terrorçuların fəaliyyəti ilə bağlı məlumatın verilməsi üçün telefon nömrəsi də yazılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler