Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ-ın yeni prezidentinin ilk açıqlaması -“Klinton mene zeng etdi…”

09 Kasım 2016

12:40 pm


09/11/2016 [16:37]: xeber –
Əvvəlcə ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın köməkçisi Mayk Pens çıxış edib. Daha sonra yeni prezidenti səhnəyə dəvət edib. Trampın tərəfdarları onu böyük həyəcanla qarşılayıb. Tramp öz çıxışında zəfər sevincini aşağıdakı fikilərlərlə ifadə edib:“Hər kəsə çox təşəkkür edirəm. Hörmətli Klinton mənə zəng etdi. Bizim hamımızı təbrik etdi. Mən də onu və ailəsini təbrik etdim. O çox çətinliklə mübarizə apardı.Hillari çox uzun müddət ölkəmiz üçün çalışıb, buna görə ona təşəkkür edirəm. Artıq birləşmək zamanıdır. Respublikaçılar, demokratlar – hamımızın birləşmək zamanıdır. Hər vətəndaşa bunun sözünü verirəm. Bütün ABŞ-lıların başçısı olacağam. Bu, mənim üçün çox vacibdir. Məni dəstəkləməyənlərə gəldikdə isə… Ölkəmizə birlikdə xidmət göstərmək üçün sizlərin köməyindən istifadə edəcəyəm. Bizim siyasətimiz kampaniya deyil. Ölkəsini sevən, daha yaxşı bir gələcək istəyən insanların hərəkatıdır. Mən bütün iş həyatımda bu ölkənin potensialını gücləndirmək üçün çalışdım. İndi də bunun üçün çalışıram.Bugünə qədər unudulan vətəndaşların heç biri artıq unudulmayacaq. Yollarımızı,  körpülərimizi, xəstəxanalarımızı gücləndirəcəyik. Bu zaman milyonlarla birlikdə çalışacağıq. Qazilərimizə önəm verəcəyik.Böyük bir iqtisadi planımız var. İkiqat inkişaf edəcəyik. Bizimlə yaxşı anlaşmaya razılaşanlarla uğurlu münasibətlər qurmağı planlaşdırırıq. ABŞ artıq az ilə kifayətlənməyəcək. Ən yaxşının ardınca gedəcəyik. Ölkəmizin taleyini yenidən əlimizə alıb bundan sonrakı dövrdə ölkəmiz üçün ən gözəl şeyləri həyata keçirəcəyik.Dünyaya da belə səslənirəm: Bəli, ABŞ-ın çıxarları ön planda olacaq. Amma hər kəslə ortaq nöqtə axtaracağıq. Ortaqlıq axtaracağıq, müharibə yox”. Bu gecə tarixi zəfər kimi dəyərləndirilir.(Gununsesi.info )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler