Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ABŞ-ın yeni birinci xanımı – Fotolar

09 Kasım 2016

11:04 am


09/11/2016 [15:00]: xeber –
ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn milyarder Donald Trampın həyat yoldaşı Melaniya Tramp 4 il ərzində birinci xanım statusunu daşıyacaq.46 yaşlı “First Lady” əslən Sloveniyadandır, 16 yaşında fotomodel kimi çalışmağa başlayıb və o zamanlar Kvans təxəllüsü ilə məşhur olub, Milan və Parisdə keçirilən moda dəfilələrində çıxış edib. 1999-cu ildə “Allure” jurnalında fəaliyyət göstərdiyi vaxt D. Trampla tanış olub. 2004-cü ildə nişanlanan cütlük 2005-ci ilin yanvarında ailə qurub. Dünya şöhrətli ulduzların iştirak etdiyi toyda Melaniyanın geyindiyi “Kristian Dior” imzalı 200 min dollarlıq gəlinlik indiyə qədər müzakirə olunur.Trapmpla Melaniyanın 2006-cı ildə Berron Uilyma adlı oöulları dünyaya gəlib.Hazırda Melaniya Tramp qol saatları və zərgərlik məhsullarının dizaynı ilə məşğuldur.Qeyd edək ki, M. Tramp Fransanın eks-prezidenti Nikola Sarkozinin model xanımı Karla Bruni ilə müqayisə olunur.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler